SON XƏBƏRLƏR

“Cümhuriyyəti-İslami” qəzeti yeni iddia ilə Azərbaycanı yenidən hədəfə alıb

2026.10.23, 23:17
“Cümhuriyyəti-İslami” qəzeti yeni iddia ilə Azərbaycanı yenidən hədəfə alıb

Gunaz.tv

İranın “Cümhuriyyəti-İslami” qəzeti Azərbaycanın bəzi İran təyyarələrinin ölkənin hava məkanından keçməsinə icazə vermədiyini iddia edib. Qəzet bu iddia ilə əlaqədar Tehrandan Düşənbəyə uçan bir təyyarənin geri qayıtması barədə məlumat yayıb.

Nəşr daha sonra məsələni Azərbaycanın İsraillə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı ilə əlaqələndirərək Bakının siyasətini şübhə altına almağa çalışıb.

Lakin təyyarənin geri qayıtmasının səbəbləri ilə bağlı məlumatlarda ziddiyyətlər var. 24 sentyabr 2026-cı ildə “Varesh” aviaşirkətinə məxsus Tehran–Düşənbə reysinin Türkmənistanın hava məkanından keçid icazəsi ala bilmədiyi üçün geri döndüyü bildirilmişdi. Bəzi məlumatlarda Azərbaycanın hava məkanı ilə bağlı məsələlərə də toxunulub.

Bununla yanaşı, hadisənin səbəbləri barədə aydın və müstəqil şəkildə təsdiqlənmiş məlumatlar olmadan məsuliyyəti Azərbaycanın üzərinə qoymaq əsaslı deyil. İran mediasının bu hadisəni Bakı əleyhinə siyasi ittihamlara bağlaması da suallar doğurur.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar