SON XƏBƏRLƏR

İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times

2026.10.24, 12:13
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times

Mövcud təhlükəsizlik məlumatları İslam Respublikası ilə əlaqəli agentlərin ABŞ ərazisində olması ehtimalını gücləndirib.

Gunaz.tv

Bu barədə The New York Times qəzeti bir neçə rəsmiyə istinadən bildirib.

Məlumata görə, ABŞ rəsmiləri Tehrana bağlı agentlərin ABŞ ərazisindəki hədəflərə qarşı mümkün təhdidlərini araşdırır.

"İslam Respublikasının ABŞ ərazisinə hücumlar həyata keçirmək üçün əməliyyat qabiliyyəti məhduddur və Tehranın ambisiyaları faktiki imkanlarını aşır",- rəsmilərdən biri vurğulayıb.

Məlumat Vaşinqton və Tehran arasında hərbi gərginliyin artdığı və İslam Respublikasının mümkün cavab tədbirləri ilə bağlı narahatlıqların artdığı bir vaxtda dərc olunur.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar