SON XƏBƏRLƏR

Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək

2026.10.25, 08:34
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək

Gunaz.tv

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf oktyabrın 26-27-də Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək BRICS üzvü ölkələrin parlament sədrlərinin toplantısında iştirak etməyəcək.

İranın Hindistandakı səfirliyi oktyabrın 24-də, şənbə günü açıqlayıb ki, Qalibaf «bəzi gözlənilməz hallar» səbəbindən toplantıya qatıla bilməyəcək. Səfirlik onun iştirak etməməsinin səbəbləri barədə əlavə məlumat verməyib, lakin İran parlament nümayəndə heyətinin toplantıda iştirak edəcəyini bildirib.

İran səfirliyi son hadisələrlə Qalibafın toplantıda iştirak etməməsi arasında hər hansı əlaqə olduğunu açıqlamayıb.

Qalibaf son aylarda İranın ABŞ ilə danışıqlarında əsas simalardan biri olub. O, müharibə, atəşkəs və danışıqların şərtləri ilə bağlı Tehranın mövqeyini açıqlayıb.

BRICS üzvü ölkələrin 12-ci Parlament Forumu oktyabrın 26-27-də Yeni Dehlidə keçiriləcək. Toplantının əsas məqsədləri arasında parlamentlərin insanların rifahına yönəlmiş inkişafda rolunun gücləndirilməsi və BRICS üzvləri ilə tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsi yer alır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar