SON XƏBƏRLƏR

Robert Qeyts: ABŞ Pakistan ərazilərini atəşə tutmaqda davam edəcək.

2021.10.20, 07:36
Robert Qeyts: ABŞ Pakistan ərazilərini atəşə tutmaqda davam edəcək.

Gunaz.tv
ABŞ Pakistan ərazilərini atəşə tutmaqda davam edəcək. Bunu ABŞ-ın müdafiə naziri Robert Qeyts açıqlamasında bildirib ABŞ-ın müdafiə nazir Robert Qeyts bildirib ki, Pakistan ərazilərinin atəşə tutulmasını dayandırmaq niyyətində deyillər.Əl-Qaidə üzvlərinə qarşı hərbi əməliyyatlar Pakistan ərazisində Əfqanıstanla sərhəd boyunca aparılacaq. ABŞ prezidenti adminstrasiyasının nümayəndəsinin sözlərinə görə, Pakistana silahlı hücum amerikanın hədəflərinə çatmasında effektliyi nümayiş etdirir. ----------------------------------------------------------- Bu gün Ümumdünya İqtisadi Forumu öz işinə başlayır İsveçrənin Davos şəhərində baş tutacaq tədbirdə dünya iqtisadiyyatında baş verən proseslər, o cümlədən də qlobal maliyyə böhranı və ondan Bu gün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu öz işinə başlayır. ANS-in məlumatınaa görə, foruma rekord sayda iştirakçı 100-dən artıq ölkədən 2500 nümayəndə və 40-dan artıq dövlət və hökumətin başçısı qatılacaq. Onlar qlobal iqtisadi-maliyyə böhranından çıxış yollarını arayacaqlar. Qeyd edək ki, Davosa demək olar dünyanın hər yerindən siyasi və iqtisadi elita cəmləşəcək. Davos İqtisadi Forumunun əsas mövzusu dünyanın bütün dövlətlərində mənfi fəsadlara səbəb olmuş qlobal iqtisadi böhranın dəf edilməsi olacaq. Bu baxımdan əsas diqqət iqtisadçılardan daha çox siyasətçilərin üzərinə yönələcək. İndi milli və dünya iqtisadiyyatının, fond birjalarının stabilləşdirilməsi istiqamətində mühüm qərarların qəbul edilməsi məhz siyasətçilərin üzərinə düşür. Davos forumunun gedişində prezidenti İlham Əliyevin İsrail prezidenti Şimon Pereslə işçi görüşü nəzərdə tutulub. Prezidentlər Yaxın Şərqdəki vəziyyət, eləcə də İsraillə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Forum fevralın 1-də başa çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar