Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranda geyim qaydaları sərtləşdirilir
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İranda bir ayda 79 məhbus edam edilib
Tom Barak: Xomeynini 1979-cu ildə biz gətirdik
İranda rabitə xərcləri yenidən artdı
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
“Cümhuriyyəti-İslami” qəzeti yeni iddia ilə Azərbaycanı yenidən hədəfə alıb
Belçika parlamenti Rza Pəhləvinin rəsmi dəvətini ləğv edib: O, bütün müxalifəti təmsil etmir
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub
Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib
Traktor İran hakimiyyətinin ayrı-seçkiliyi ilə üz-üzə; Dubaya uçuş üçün 30 milyard tümən tələb edilir
Salmasda sel bir uşağın həyatına son qoydu
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
GünAz TV: Xocalı faciəsində ailə üzvlərini şəhid verən qadın bildirib ki, qardaşımın 17 yaşlı oğlunun bədənində 17 güllə yarası var idi!
Tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsindən 26 il ötür. Fevralın 26-da erməni cəlladlarının xalqımızın başına açdığı müsibətlər dünya tarixinin ən qəddar və ən amansız cinayətlərini də geridə qoyur.
Aşağıda Xocalıda baş verən dəhşətli cinayətləri öz gözü ilə görmüş birinin - 58 yaşlı Fitat Məmmədovanın ağrılı-acılı xatirələri təqdim olunur.
Onun həyat yoldaşı, bir övladı, iki qardaşı və bir qardaşı oğlu Xocalıda faciəvi şəkildə şəhid olub. Anası isə əsirlikdə ağır əzablara dözüb. Onun həyatı da, acı xatirələri də dinlədikcə insanı dəhşətə gətirir.
Fitat Məmmədova 1960-cı ildə Xocalı şəhərində anadan olub və orada böyüyüb. Ailədə 6 qardaş, 2 bacı olublar. Ailə faciədən sonra uzun müddət Naftalanda məskunlaşıb, hazırda isə Goranboy rayonunda Xocalı qaçqınları üçün tikilib istifadəyə verilmiş binada yaşayırlar. Fitat xanım Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsində çalışır.
Xocalı soyqırımının dəhşəti sanki Fitat xanımın üzündə əks olunub. Ogecəki faciə barədə hər kəlməsini titrəyişlə, acı göz yaşları ilə nəqli edir. (Mənbə: “Xocalı şahidləri danışır” kitabı)
Xocalı şahidi deyir ki, bir gecədə ən yaxın ailə üzvlərindən bir neçəsini itirib: “Həmin gecə Ağdamda xəstəxanadaydım. Yurdumuz Qaraqaya deyilən yerdə idi. Faciə zamanı anam bir gecə girov qalıb. O qayıdıb gələndə dedi ki, uşaqların hamısını öldürüblər. Çıxanda ikisinin meyitini asfaltın üstündə görüb. Qardaşımın birini meşədə öldürüblər. Təpənin arxasında gizlənibmişlər. Qardaşım anama deyib ki, mən çıxıb onların başını qatacam, siz keçin. Çıxan kimi alnından atıblar. Anam həmin vaxt oturub yanında qalmışdı. Bu zaman o biri qardaşım gəlib çıxıb. Anama deyib ki, dur gedək, indi gəlib bizi də vuracaqlar. Sonra hansı yolla olur-olsun gəlib qardaşımın meyitini götürəcəm. Anam deyib ki, oğlumu qoyub heç yerə gedə bilmərəm. Onun üstündəki silahı götürüb gizlədib ki, ermənilər gəlib onun hərbçi olduğunu görməsinlər. Xocalıdan çıxanda anamgilə əl qumbarası vermişdilər ki, əsir düşsəniz özünüzü partladın. Yazıq anam onu qoynuna qoyubmuş, qardaşım nə qədər eləyib, anam gəlməyib. Qolundan tutub çəkəndə anam yumalanıb, həmin əl qumbarası anamın sinə sümüyünü qırıb. Uzun müddət bunun əziyyətini çəkdi. İndi anamın 87 yaşı var. Amma hər gün onun əzabını çəkir. Elə orada da bunları mühasirəyə alıb əsir götürürlər”.
Xocalı şahidinin sözlərinə görə, ikinci qardaşı və həyat yoldaşı erməni əsirliyində ağır işgəncələrlə öldürülüb: “Anam deyir ki, saxlanıldığımız yerə bizdən qabaq da nə qədər adam gətirmişdilər. Anamgil oraya gətirəndə görüblər ki, yoldaşım Rasim də buradadır. Yoldaşımgil başqa bir qrupla hərəkət edirmişlər. O qrupdan yalnız Valeh adında oğlan sağ çıxa bildi. O deyir ki, yoldaşımı orada ağır işgəncə ilə öldürüblər. Diri-diri, bağırda-bağırda ürəyini çıxarıblar. Vasif adlı qardaşımı da orada öldürüblər. Valeh azad olunandan bir sutka (24 saat) sonra anam gəldi. Dedik, ana, nə gördün, uşaqlardan nə xəbər? Anam danışa bilmədi. Bir həftə paltarı qanlı gəzdi, əynindən çıxara bilmədik. Dedi ki, balamın qanı üstümə tökülüb, qucağımda keçinib, mən onu çıxara bilmərəm. Sonra dedi ki, oğlumun meyitinin harada olduğunu bilirəm, onu gətirməyə özüm gedəcəm. O, bunun üçün dəfələrlə Naftalandan Ağdama gedib-gəlir. Axırı bir gün Ağdamda görür ki, bir qrup adam meyit gətirməyə gedir. Deyirlər ki, Tamaşa xala, sən getmə, biz bilirik Vasifin nəşi hardadı, özümüz gətirəcəyik. Bir neçə gündən sonra zülmlə onun cəsədini tapıb gətirmişdilər. Meyitə baxırdın, elə bil ki, ölməyib, yatıb. Anam onun meyitini həmərsin kolunun altına qoyubmuş, dağın döşündə, şaxta, ayaz tutan yer imiş. Qardaşım onu Allaha əmanət etmişdi ki, burada qalsın, gəlib aparacam. Belə bir el sözü var: Əmanət edəndə meyit olduğu kimi qalır. Qardaşımın meyiti torpağa tapşırılandan sonra anam onun paltarını əynindən çıxardı”.
Xocalı sakinlərinin çəkdiyi zülm təkcə 25-26 fevralla bitmir. Fitat xanımın sözlərinə görə, Xocalının yer üzündən silinməsinə qədərki 4 ilin hər anını təhlükə hissi ilə, ölüm qorxusu ilə yaşayıblar: “Ermənilər dörd bir tərəfdən Xocalını mühasirəyə almışdılar. Gecələr güllələri nə təhər yağdırırdılarsa, hərə bir tərəfə qaçırdı. Dörd il bax belə yaşamışıq. Bir gecə bizi raketlə necə bombardman etdilərsə, neçə gün kənddən barıt iyi gəldi. Zəhərlənənlər, ölənlər var idi. Həmin vaxt mənim iki yaşlı oğlum da zəhərlənib öldü. Yoldaşım şəhid olandan sonra min bir zillətlə bir qızım dünyaya gəldi. Dedilər ki, adını nə qoyacaqsan, dedim onun adı özündə gəlib həyata. Qızın adını Nişanə qoydum” - deyə, dərindən köks ötürdü. Bir az ara verdikdən sonra sözünə davam etdi: “Qardaşım oğlunun 17 yaşı vardı. O, öz pulu ilə əsgər forması alıb geyinmişdi. Ona dedik ki, ay bala, sən məktəblisən, geyinmə onu. Nə qədər elədik, xeyri olmadı. Atası Xocalıda yox idi, Rusiyada işləyirdi. Oğlu atasının əvəzinə torpağı qorumaq istəyirdi. Axırı mümkün olmadı, dedik ki, döyüş, amma formanı geyinmə. Yenə xeyri olmadı. Bax, əynindəki o formaya görə ermənilər onu əsgər bilib güllələmişdilər. Meyitinə baxanda bədənində düz 17 güllə yarası gördük. Anam deyir ki, əsir düşəndə içəridə Nənəş adlı dayısı qızı da vardı, onun da bütün ailəsini qırmışdılar. Evində dörd başıpapaqlıdan biri sağ qayıtmadı. Hər dəfə fevral ayı gələndə qanımız quruyur. Qəbirləri belə yoxdur ki, gedib ziyarət edək...”
Qeyd edək ki, bu xatirələr “Xocalı şahidləri danışır” kitabındandır. Kitab 2015-2017-ci illərdə “Azərbaycan” qəzetində dərc olunan materialların toplusudur.
Qaynaq:
“Yeni Müsavat”
N.S
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
İranda daha beş qadın öldürülüb
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var