Kanada mühafizəkarlarının lideri SEPAH-a bağlı şəxslərin ölkədən çıxarılmasını tələb edib
Müctəba Xameneinin Londondakı iki dəbdəbəli penthausu satışa çıxarılıb
Azərbaycan Muğam Musiqisinin VI Festivalı Təbrizdə keçiriləcək (Video)
İran rialının dəyəri daha da düşüb; dollar 230 min tüməni keçib
Güneyli fəal Təbrizdə məhkəmə qarşısına çıxarılıb
Hegseth İrana xəbərdarlıq edib: ABŞ gəmilərinə atəş açsanız, tankerlərinizi batıracağıq
Tehran meri qovun yeyə-yeyə Xameneinin vəsiyyətnaməsindən danışdı! (Video)
İran yük maşınları Pakistan sərhədində qalıb
Putin Vitkoff və Kuşnerlə Ukrayna müharibəsini müzakirə edib
Türkiyədə Airbus təyyarəsi yanıb (Video)
Yəmən yenidən genişmiqyaslı müharibə astanasındadır
Putin Kiyevə hücumları 3 gün dayandırıb
"Traktor" daha bir qələbə qazandı
İranda yanacaq tankeri partladı- Ölənlər var
Səudiyyə Ərəbistanı 5 milyard dollarlıq silah alır
İran Cənubi Koreyaya Hörmüzlə bağlı xəbərdarlıq edib
ABŞ hərbi gəmilərə hücumdan sonra İranın üç neft tankerini vurduğunu bildirib
Golden Global Türkiyədə sanksiyaya məruz qaldı
Vens: Qonşu ölkələr İrana qarşı iqtisadi təzyiqdə əməkdaşlıq edir
İran pulu ucuzlaşmaqda davam edir- Yeni məzənnə
Türkmənistan və Qazaxıstan İrana dəmir yolu ilə mal daşımalarını dayandırdı
İranda köhnə mallara tələbat artıb
SON DƏQİQƏ: SEPAH zabitləri mühasirədədir
Trampın nümayəndələri Moskvada
Biləsuvarda otlaq ərazidə güclü yanğın olub
Urmiya gölünün son durumu
Ərdoğan BƏƏ Prezidenti ilə İran-ABŞ gərginliyini müzakirə edib
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək
Ukraynada üçgünlük atəşkəs elan edildi
Yəmən Husilərə hava zərbələri endirdi
İranın məhkəmə hakimiyyətinin rəhbəri BRICS ölkələrini hücumları pisləməyə çağırıb
İran tankeri Xark adasında raket zərbəsinə məruz qalıb — SNN
İranda dərman çatışmazlığı- Parlament təsdiq etdi
İran təhlükə olduğu zaman qabaqlayıcı əməliyyatlara keçid elan edib
İran enerji balansındakı problem fonunda dövlət işçiləri üçün qışda distant iş rejimini nəzərdən keçirir
İranda Hörmüz kartının tükənib tükənmədiyi müzakirə edilir
Tehran meri: Daxili islahatlar aparılmasa, İran daxilindən aşına bilər
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
İranın üç şəhərində daha 7 məhbus edam edildi
ABŞ İrana görə Türkiyədə yerləşən üç qurumu hədəfə aldı
ABŞ SEPAH komandirinə görə mükafat təyin etdi
İranın bunu etməsinə icazə vermərik- Yəmən
GünAz TV: Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya (topxana), Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib.
İşğal nəticəsində 60 000-nə yaxın Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70 000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.
Kəlbəcər sakinlərinin şəxsi mülkiyyəti talan və məhv edilib. Həmçinin, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası, 110-dan artıq kitabxana, 100-ə qədər məktəb, 9 uşaq bağçası və xəstəxanalar Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və talan edilib. Kəlbəcərin zəngin maddi-mədəni irsinə ciddi zərər yetirilib. Unikal qədim sikkələr kolleksiyası olan Kəlbəcər tarix muzeyi, qədim qəbiristanlıq, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi və digər alban kilsələri, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Kəlbəcər şəhərində və kəndlərdə olan məscidlər, Tağlıdaş körpüsü, Aşıq Şəmşir adına mədəniyyət evi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən darmadağın edilib.
Kəlbəcər rayonu ərazisində yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan və erməni kilsəsi ilə heç bir əlaqəsi olmayan Gəncəsar və Xudavəng monastrlarının orijinal arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilir.
Kəlbəcərin təbii resursları və faydalı qazıntıları vəhşicəsinə istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan Base Metals şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. Vəhşicəsinə istismar nəticəsində yatağın resursları tükənib.
2007-ci ildən etibarən GeoProMining şirkətinə daxil olan GPM Gold şirkəti Kəlbəcər ərazisində Süyüdlü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir.
Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolunun çəkilişi Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir.
Kəlbəcərin təbii mineral resurslarının istismarı nəticəsində ətraf mühitə ciddi zərər yetirilib.
Hüquqi ekspertiza aparmadan (due dilligence) Azərbaycanın işğal olunmuş Kəlbəcər və digər rayonlarından çıxarılan faydalı qazıntıların, o cümlədən qızılın bəzi qərb ölkələri tərəfindən idxalı ciddi narahatlıq doğuran haldır.
Beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi.
Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. 822 saylı qətnamənin qəbulundan sonra 9 ölkədən ibarət olan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırladı. BMT TŞ-nın qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə Ağdam, Cəbrayıl, Qubadlı, Fizuli və Zəngilanı işğal etdi. 27 iyul 1993-cü ildə BMT TŞ-nın sədrinə hesabatında ATƏT-in Minsk Konfransının prezidenti Mario Raffaelli vurlayıb: Ermənistan BMT TŞ-nın tələblərinə məhəl qoymur, hücum edərək Azərbaycanın yeni rayonlarını işğal edib və danışıqlar prosesini və münaqişənin həllini pozur.
BMT TŞ tərəfindən 1993-cü ildə 822 saylı qətnamə ilə bərabər 853, 874 və 884 saylı qətnamələr də qəbul edilsə də, onların da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir.
2 aprel 2016-cı ildə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.
Ermənistan başa düşməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.
Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməlidir.
İşğala əsaslanan mövcud status-kvo vəziyyətinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".
N.S
Trampın nümayəndələri Moskvada
Yəmən Husilərə hava zərbələri endirdi
İran tankeri Xark adasında raket zərbəsinə məruz qalıb — SNN
İranda Hörmüz kartının tükənib tükənmədiyi müzakirə edilir
İranın bunu etməsinə icazə vermərik- Yəmən
İranlı cümə imamı: Hörmüz boğazı açılmayacaq
Hakabi: İran “son dərəcə zəifləmiş vəziyyətdədir”
Türk dünyasının ortaq gələcəyi müzakirə olunacaq
İranda rejim dəyişikliyi əlçatandır- Netaniyahu
Cənubi Koreya Hörmüz boğazı ilə bağlı hərbi variantları nəzərdən keçirir
Yanvar etirazlarına görə edam edilənlərin sayı 30-a çatdı
İranda avtomobil qiymətləri kəskin artdı
İranda daha bir media orqanına məhkəmə işi açıldı
Tramp: ABŞ-ın İran müharibəsi üçün demək olar ki, limitsiz sursatı var
Kiyevdən sülh danışıqlarında yeni mərhələ
İranda narazı iş adamına ağır cəza verildi
Sarabda bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək öldü
Keyhan qəzeti: İran Ərəb körfəzində internet kabellərini kəsməlidir
Kərəcdə daha 5 bəhai həbs edildi
Milli fəal Əsgər Əkbərzadə müvəqqəti azadlığa buraxılıb
Azərbaycan və Türkiyə qadın voleybol milli komandaları üz-üzə gələcək
Güney Azərbaycan şəhərlərində sel və subasma xəbərdarlığı
Güclü tufan Marağa və ətraf kəndlərə ziyan vurdu (VİDEO)
Reuters: ABŞ ara seçkilərindən sonra İrana qarşı hücumları gücləndirə bilər
Azərbaycanda "Çevik" ləqəbi ilə tanınan sosial media yaradıcısı radikal dindarlar tərəfindən döyülüb
İranda məhbuslar yenidən aclq aksiyası keçiriblər
Milli fəallar məhkəməyə çağırıldı
İran hökuməti xalqa dəyər vermir- Mayk Uolts
İsrail Dəməşq ətrafını atəşə tutdu
İsrail HƏMAS-ın daxili təhlükəsizlik rəhbərinin Qəzzə şəhərində saxlanıldığını açıqlayıb
Sarabda bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək öldü
ABŞ İraq Kürdüstanındakı peşmərgəyə yardımı dayandırır?
İranda daha bir siyasi məhbus edam məhkum edildi
FT: Rusiya İrana supersonik qanadlı raket texnologiyasının hazırlanmasında gizli yardım göstərib
Pezeshkian və Əliyev Bişkekdə səmimi söhbət etdilər: “Azərbaycan suyundan da için” (VİDEO)
Dollar 220 min tüməni keçdi; Besent: İrandan uzaq durun
ABŞ İranın cənubuna zərbə endirdi; SEPAH qüvvələrinin öldüyünü təsdiqlədi
İranda məktəb ləvazimatı yenidən bahalaşdı