SON XƏBƏRLƏR

Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili / VİDEO

2021.10.20, 07:36
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili / VİDEO

Gunaz.tv

GünAz TV: Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı Sinan Oğan Güney Azərbaycanda Bozqurd işarəsinin “mən türkəm” anlamına gəldiyini bildirib.

 

O iyunun 18-də öz Yotube kanalında bir video yayaraq Bozqurd işarəsinin xaric ölkələrdə, o cümlədən Güney Azərbaycanda hansı mənada işlədildiyindən bəhs edib.

 

Videoda Güney Azərbaycan xəritəsi İran xəritəsindən ayrı və göy rəngdə əks olunub. Göy rəng türk dünyasında türk kimliyinə işarədir.

 

2017-ci il oktyabrın 28-də “Haber Türk” Telekanalında çıxış edən S.Oğan Türkiyənin keçmiş prezidenti Abdulla Gülün Təbriz səfərinə də işarə edib. A.Gül həmin səfərdə güney azərbaycanlılar tərəfindən Bozqurd işarəsi və milli şüarlarla qarşılanmışdır.

 

Tanınmış siyasətçi, Milliyətçi Hərəkət Partiyasının keçmiş üzvü S.Oğan Türkiyənin Iğdır şəhərində azərbaycanlı ailədə dünyaya göz açıb. O kütləvi informasiya vasitələrində dəfələrlə Güney Azərbaycan məsələsini gündəmə gətirib.

 

https://www.youtube.com/watch?time_continue=10&v=Jj4g99JD_9E

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar