SON XƏBƏRLƏR

Təbrizdə bir parka Tatarıstan paytaxtının adı verildi: “Kazan”

2021.10.20, 07:36
Təbrizdə bir parka Tatarıstan paytaxtının adı verildi: “Kazan”

Gunaz.tv

GünAz TV: Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazanla qardaşlaşan Təbrizdə parkların birinə “Kazan” adı verilib.

 

Gülgəşt tut bağının “Kazan” parkı adlandırılması iki türk şəhəri olan Təbriz və Kazan şəhərinin ötən illərdə qardaşlaşması ilə bağlıdır.

 

Təbriz Bələdiyyə İdarəsi şəhərlər arasında əlaqələrin dərinləşdirilməsi məqsədi ilə parka “Kazan” adı verib.

 

Yerli mətbuatın yaydığı məlumata görə, Təbriz Bələdiyyə İdarəsinin Beynəlxalq İşlər və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Səid Hacızadə, Təbriz 2-ci Məntəqənin Bələdiyyə İdarəsi ilə keçirdiyi iclasda sözügedən parkın girişində “Kazan” lövhəsinin quraşdırılması, Kazan şəhərinə aid nişan və rəmzlər, həmçinin bu şəhərin tarixi məkanlarına aid təsvirlərin divarlara çəkilməsi məsələləri müzakirə olunub.

 

İclasda çıxış edən S.Hacızadə Təbrizdə Kazan adında parkın olmasını sözügedən şəhərlər və aid olduqları ölkələr arasında əlaqələrin daha da inkişafına xidmət edəcəyini bildirib.

 

Kazan parkı Gülgəşt xiyabanında yerləşir, onun 5 min kvadrat metr sahəsi var. Parkda bufet, yeməkxana, idman avadanlıqları və s. kimi imkanlar mövcuddur.

 

2017-ci ildə isə Tatarıstan paytaxtında parkların birinə “Təbriz” adı verilib. “Təbriz” parkı Kazanda Vastaliya və Dekabristov xiyabanlarının kəsişdiyi məntəqədə yerləşir.

 

Kazanda parka “Təbriz” adı verildiyi zaman Təbriz Bələdiyyə İdarəsinin Beynəlxalq və İctimai Əlaqələr Şöbəsinin rəisi Mir Etimad İmadi yaxın gələcəkdə Təbrizdə Kazan adında park olacağını bildirmişdir.

 

Tatarıstan Muxtar Respublikası hazırda Rusiyanın tərkibindədir. Respublikanın əhalisi türkdür, Kazan isə türk dünyasının önəmli şəhərlərindən biridir.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar