SON XƏBƏRLƏR

İran dərsliklərdə Bozqurd işarəsinə qarşı təbliğat aparır

2021.10.20, 07:36
İran dərsliklərdə Bozqurd işarəsinə qarşı təbliğat aparır

Gunaz.tv

GünAz TV: İranda dərsliyə Bozqurd işarəsini radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətn salınıb.


Güney Azərbaycanda türk kimliyini göstərən simvola qarşı mətn, orta  məktəbin (dəbiristanin ikinci sinifi) “İctimai kimlik” kitabının 8-ci dərsində 53 və 54-cü səhifədə dərc olunub.


Təhsil Nazirliyi tərəfindən hazırlanan dərslikdə qeyd olunub ki, “bozqurd Türkiyədə aşırı millətçiliyin simvoludur. İslam dünyasında pantürkizm və panərəbizm ideologiyaları, pangermanizm və panislavizmə oxşar ideyalar daşıyır. Bu ideyalar islama uyğun deyil.”
Kitabda həmçinin Osmanlı İmperiyası irqçilikdə ittiham olunub. Bildirilib ki, “irq və qövm məsələlərinə təkid edib və tarixi islam kimliyini unutmaq Osmanlı İmperiyasının çöküşünə zəmin yaradıb.”


Türk kimliyini hədəfə alan dərslikdə saxta İran kimliyi vəsf edilib.

“İran qövmləri bu torpaq və suya bağlıdır. Onlar öz izzətini azad və başçıuca İranda görür. Birlikdə olan İran millətinin öz amalı var. İran qövmlərinin hər biri milli və islami amalların inkişafı uğrunda addım atmalıdır.  Böyük və başıuca ölkəmizdə fərqli qövmlərin olması bir fürsətdir”- deyə dərslikdə qeyd olunub.


Türklərin soykökündən bəhs edən bozqurd dastanı hər zaman türk millətinin tarix və kimliyində xüsusi yer tutub. Bozqurd işarəsi İranda türklərin müstəqil kimliklərini göstərmək üçün istifadə olunan simvollardan biridir.

 

 


N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar