SON XƏBƏRLƏR

İbrahim Tatlısəsdən Azərbaycanın “Traxtur” komandasına dəstək – GÖRÜNTÜ

2021.10.20, 07:36
İbrahim Tatlısəsdən Azərbaycanın “Traxtur” komandasına dəstək – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Türkiyənin “imperator” ləqəbli məşhur müğənnisi İbrahim Tatlısəs Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarıdır.

 

Son günlərdə yayılan bir şəkildə İbrahim Tatlısəsın “Traxtur”un loqosunu nümayiş etdirdiyi görünür.

 

Türk internet istifadəçiləri bu görüntünü Güney Azərbaycan tarixində qalıcı bir görüntü olacağını qeyd edirlər. Ona görə ki, şəkildə türklər arasında ən çox tərəfdarı olan komandanın loqosu ən çox tərəfdarı olan türk müğənninin əlində görünür.

 

Bundan əvvəl bir çox türkiyəli incəsənət xadimi və ictimai fəal “Traxtur” tərəfdarı olduqlarını bildiriblər.

 

Müxtəlif türk ölkələrində yaşayan futbolsevərlər “Traxtur” komandasını türk dünyasında ən çox tərəfdarı olan komanda hesab edirlər. Bu komandanın yarışlarında isə həmin türk ellərinin adları vaxtaşırı şüarlar şəkilində çəkilir.

 

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar