SON XƏBƏRLƏR

Antoni Stokes: “Traxtur” üçün əlimdən gələni edəcəm

2021.10.20, 07:36
Antoni Stokes: “Traxtur” üçün əlimdən gələni edəcəm

Gunaz.tv

GünAz TV: Bir müddət əvvəl Li Ervinlə birlikdə Təbrizi tərk edən “Traxtur” futbol komandasının irlandiyalı hücumçusu Antoni Stokes klub rəhbərliyi ilə razılığa gəldikdən sonra yenidən komandaya qayıdıb.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, yüksək Motivasiya və ruh yüksəkliyinə malik olduğunu deyən ulduz futbolçu komandanın baş məqçisi ilə səmərəli söhbət etdiklərini deyib. O bildirib ki, cənab Təqəvi mənim problemimi yaxşı dərk edir, Təbrizə yenidən qayıtmağıma şərait yarandığı üçün çox şadam.

 

Antoni Stokes ötən aylarda yaşadığı problemlərə də işarə edib.

“Təəssüflər olsun ki, bu müddətdə ailəmlə əlaqədar bir çox problem yaşadım. Bu məsələ komandaya xidmət etməyimə maneçilik yaratdı. Xoşbəxtlikdən klubun dəstəyi ilə bu çətinliyi keçdim. İndi hər şey yaxşıdı və lazımi ruh yüksəkliyinə malikəm. Var gücümlə “Traxtur”da oynamağa hazıram. Ümid edirəm ki, komanda tərəfdarları məni dəstəkləyəcəklər”- deyə o bildirib.

 

Li Ervinin isə Təbrizə qayıdacağı hələlik bəlli deyil. Onun Azərbaycan klubu ilə müqaviləsi var, lakin klub məsullarına məktub yazaraq İranda depressiyaya düşdüyünü açıqlayıb. O vurğulayıb ki, artıq Təbrizə qayıtmayacaq.

 

Buna baxmayaraq “Traxtur” klubundan yayılan bəzi məlumatlara görə, klub Li Ervini komandaya qaytarmağa çalışır, bu barədə onunla müakirələr aparılır.

 

Li Ervin

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar