SON XƏBƏRLƏR

Bu ölkə də yeni Venesuela “liderini” tanıdı

2021.10.20, 07:36
Bu ölkə də yeni Venesuela “liderini” tanıdı

Gunaz.tv

GünAz TV: Avstraliyanın XİN rəhbəri Meris Peyn hökumətin Venesuela müxalifət lideri Xuan Qauydonu ölkənin müvəqqəti prezidenti olaraq tanıdığını bildirib.

 

Bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Nazirin sözlərinə görə, Venesuela ərazisində demokratik seçki keçirilənə qədər müvəqqəti dövlət başçısına dəstək olmağa davam edəcəklər.

 

“Avstraliya Venesuela Milli Assambleyasının sədri Xuan Quaydonu müvəqqəti prezident olaraq tanıyır və dəstəkləyir”, - deyə Peyn bildirib.

 

Bundan əvvəl Quaydonun Maduronun devrilməsi üçün hərbçilərlə danışıqlara başladığı qeyd olunurdu.

 

Xatırladaq ki, Xuan Quaydonu legitim müvəqqəti prezident olaraq Avstraliyadan başqa, Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada, Gürcüstan, Braziliya, Argentina, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru tanıyıb. Oxu.az

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar