SON XƏBƏRLƏR

Daha bir ölkə Quaydonu prezident kimi tanıdı

2021.10.20, 07:36
Daha bir ölkə Quaydonu prezident kimi tanıdı

Gunaz.tv

GünAz TV: Sloveniya Venesuelanın müxalifət lideri Xuan Quaidonu müvəqqəti prezidenti kimi tanıyıb.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sloveniya hökumətinin rəsmi tvitter hesabında bəyanat yayılıb.

 

Nazirlər Kabinetinin yaydığı məlumatda “Sloveniya hökuməti Venesuelada azad, ədalətli və demokratik prezident seçkilərinin keçirilməsi naminə Xuan Quaydonun müvəqqəti prezidentliyini tanıyır”, - sözləri qeyd edilib. 

 

Qeyd edək ki, hazırda Xuan Quaydonu legitim prezident kimi Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Latın Amerika ölkələri tanıyır. Rusiya və Türkiyə Nikolas Maduronu dəstəklədiyini bildirir. Venesuela isə daha əvvəl məlumat yayaraq 61 ölkənin Quaydonu tanıdığını qeyd etmişdi.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar