SON XƏBƏRLƏR

İranda "vəli fəqih"in xalq tərəfindən seçilməsi təklif olunub

2021.10.20, 07:36
İranda "vəli fəqih"in xalq tərəfindən seçilməsi təklif olunub

Gunaz.tv

GünAz TV: İranlı islahatçı siyasətçi Mustafa Taczadə ölkədəki ikili hakimiyyətin sona çatması üçün dövlət idarəçiliyinin ən üst mövqeyi olan "vəli fəqih"in xalq tərəfindən seçilməsinin lazım olduğunu deyib.

 

Taczadə özünün şəxsi "Twitter" hesabında etdiyi paylaşımda Ali Məsləhət Şurasının üzvü Məhəmməd Hüseyn Səffarhərəndinin "Prezidentlik sistemindən parlamentar sistemə keçilməli, prezidenti məclis seçməlidir" sözlərinə reaksiya verib və "vəli fəqihin də xalq tərəfindən seçilməsi"ni istəyib.

 

İnqilabın ilk illərində gücün bir insanın əlində cəmləşməməsi və diktatorluq meydana gəlməsisi üçün prezident və baş nazir arasında səlahiyyət bölgüsü edildiyini xatırladan Taczadə bu vəziyyətin gözlənilən nəticəni vermədiyini, bunun üzərinə konstitusiyada edilən dəyişikliklə prezident və baş nazir postlarının birləşdirildiyini də fikirlərinə əlavə edib. 

 

R.X

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar