SON XƏBƏRLƏR

Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

2022.02.08, 20:36
Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Gunaz.tv

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb. 

Azərbaycanın quruma üzv olan ölkələrlə tərəfdaşlığı digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir. Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. 

Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir.

Bağdad Amreyev təşkilata üzv dövlətlərin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, əlaqələrin inkişafını vurğulayıb, yeni istiqamətlər barədə fikirlərini bölüşüb.

Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlığın gücləndirilməsi, qurumun VIII Zirvə Görüşündə qəbul edilmiş qərarların icrasına dair müzakirələr aparılıb. (apa)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar