SON XƏBƏRLƏR

Milli Qəhrəmanın ailəsi Ukraynadan təxliyə edildi

2022.03.21, 08:49
Milli Qəhrəmanın ailəsi Ukraynadan təxliyə edildi

Gunaz.tv

Səfirin sözlərinə görə, hazırda Milli Qəhrəmanın ailəsi Moldovadadır:

"Biz gecə onları Ukrayna sərhədində qarşıladıq. Saat 5-də artıq Kişinyov şəhərində idik. Ailə onlar üçün hazırlanan evə yerləşdirilib. Hazırda istirahət edirlər, təxliyə məsələsi dövlətin nəzarətindədir. Yaxın zamanda Azərbaycana təxliyə olunacaqlar".

Qeyd edək ki, Milli Qəhrəmanın ailə üzvləri Ukraynada hərbi əməliyyatların başa çatmasını gözləyirdilər. Lakin martın 17-də onların evinə mərmi düşdükdən sonra təxliyə üçün müraciət etmək qərarına gəliblər.

Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.

1992-ci il yanvarın 28-də onun idarə etdiyi və bortunda 47 sərnişinin olduğu Mi-8 mülki vertolyotu erməni mövqelərindən atılan "Stinger" istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan təyyarəni Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub.

O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanın adı verilib. (modern.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar