İranın dərin yeraltı obyektləri üçün ABŞ-dan məxfi hazırlıq
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
Tehrana qarşı yeni addım: İranın nüvə işi BMT-yə göndərildi
Peyk görüntüləri: İranda şübhəli nüvə obyektində tikinti sürətlənib
Netanyahu: İran hökumətinin devrilməsinə çox yaxınlaşmışıq
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlanıb
Middle East Eye: Tramp Tehrana razılaşmaya qayıtmayacağını bildirib
SEPAH müharibənin dayandırılması üçün şərtlərini açıqladı
Kəşfiyyat Nazirliyi Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var
İranda manat bahalaşmaqda davam edir
İranın Əfqanıstana ixracı 25 faiz azalıb
Sistan və Bəlucistanda "Bəsic" komandiri öldürüldü
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı razılıq var
Xanada din xadimi öldürülüb
Ceyhun Bayramov Mirzoyanla görüşəcək
Almaniya XİN: "Putinlə dialoqa hazırıq"
Cənubi Koreya Hörmüz boğazına görə bölgəyə heyət göndərdi
Təbrizdə rekord qıran “Koroğlu” tamaşası bu dəfə Tehranda səhnəyə qoyulacaq
Pakistan müdafiə nazirinin husilərə xəbərdarlığı: Səudiyyə Ərəbistanına hücum birgə müdafiə paktını işə sala bilər
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
İranın proksi qüvvələri Səudiyyə Ərəbistanına hücuma keçdilər
Yəmən ordusu strateji mövqelər və kəndləri husilərdən geri aldı
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
ABŞ Mahan Air şirkətinə sanksiya tətbiq etdi
İranda sosial media fəalları həbs edilib
Yaponiya və Oman Hörmüz boğazını müzakirə etdilər
İordaniya ordusu İranın 18 raketini zərərsizləşdirib
ABŞ beş İran tankerinin məhv edildiyini açıqlayıb
KİV: ABŞ-ın İran tankerlərini vurması İranın dünən ABŞ gəmilərini hədəf almasına cavab olub
ABŞ İran neft tankerini vurdu
Rəşt su altında qaldı; insanlar küçələrdə qayıqla hərəkət edir (Video və Foto)
Sel təhlükəsi artır: Güney Azərbaycanda hava kəskin dəyişir
The Economist: İranın Yaxın Şərqdəki proksi qrupları Tehrandan uzaqlaşır
10 min tümənlik benzin; İran rejimi xalqın qəzəbindən təşvişə düşüb (Video)
RT: ABŞ Tehrana yeni təkliflər göndərib
İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək
ABŞ İranın iki aylıq blokada hesabatını açıqladı
Avropa Komissiyası Ukraynanın Patriot istəyini müsbət cavablandırdı
Zelenski sentyabr ayı ərzində Trampla görüşməyi planlaşdırır
İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək
İran pulu ucuzlaşmaqda davam edir
Pakistan husilərin Səudiyyə Ərəbistanında mülki və enerji obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycanda tibb işçilərinin əmək haqları ödənilmir
Prezident deyib:
"Hörmətli Bağdat Kultayeviç, Azərbaycanda olmağınızdan istifadə edərək sizi dəvət etmişəm ki, ilk növbədə, bizim təşkilatın Baş katibi qismində işlədiyiniz illərə görə təşəkkürümü bildirim və sizi Azərbaycanın yüksək mükafatı – “Dostluq” ordeni ilə təltif edim.
Siz bu təltifə layiqsiniz. Siz Türk Dövlətləri Təşkilatının Baş katibi kimi bizim birliyimizin möhkəmləndirilməsi işində mühüm rol oynamısınız və bunu davam etdirirsiniz.
Biz sizinlə dəfələrlə görüşmüşük – həm siz Azərbaycanda səfərdə olanda, həm də beynəlxalq tədbirlər çərçivəsində. Mən həmişə görürdüm ki, siz həqiqətən bütün türkdilli dövlətlərin sıx birləşməsini istəyirsiniz. Təsadüfi deyil ki, sizin sədrliyiniz dövründə bu qurum təşkilata çevrilib, öz adını dəyişib.
Buna görə əminəm ki, bu, təkcə adın dəyişməsi deyil, həm də inkişaf vektorunun dəyişməsidir. Ona görə ki, mənim fikrimcə, bizim təşkilatın üzvləri olan bütün ölkələrdə birliyi möhkəmləndirməyin zəruri olmasını başa düşürlər.
Siz bilirsiniz ki, mən bizim təşkilat çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığa həmişə çox diqqətlə yanaşmışam. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.
Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar.
Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Mən əminəm ki, qarşıdakı Səmərqənd Zirvə Görüşü bizim birliyimizi bir daha təsdiq edəcək.
Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik.
Hesab edirəm ki, bu halda gələcək illərdə qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olacaq.
Dünya dəyişir, o, artıq dəyişib, buna görə yeni təhdidlər və yeni çağırışlar, necə deyərlər, artıq qapını döyür. Buna görə, düşünürəm ki, iqtisadi əməkdaşlıqla bərabər, nəqliyyat, humanitar və başqa sahələrdə əməkdaşlıq prioritetlərdən biri olacaq.
Öz tərəfimdən demək istəyirəm ki, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək.
Bu, əcdadlarımızın böyük irsidir. Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk dünyası fraqmentləşdirilib və hələ indi də bizim diqqətimizi və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur. Lakin Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində artıq birləşiblər.
Əlbəttə, Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir. Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq.
Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, – on milyonlarla qan qardaşlarımızı, – dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur.
Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir.
Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik".
İ.Əliyev bildirib ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər.
"Buna görə də düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu – taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik.
Biz bu mövzuları sizinlə bu və ya digər dərəcədə müzakirə etmişik və mən həmişə sizin timsalınızda öz türk köklərinə dərindən bağlı olan bir insan görmüşəm. Mən bunu səmimi deyirəm. Mənim üçün bu, çox mühüm amildir, ona görə ki, biz hamımız öz köklərimizi yadda saxlamalı və ölkələrimizi yaxınlaşdırmağa çalışmalıyıq.
Türk dünyası dünya miqyasında çox böyük potensiala, coğrafiyaya, nəqliyyat yollarına, enerji resurslarına, insan potensialına, intellektual potensiala malik olan böyük ailədir, böyük sərvətdir. Buna görə birlik bizim gücümüzdür.
Mən layiq olduğunuz bu mükafatı böyük məmnuniyyətlə sizə təqdim edirəm. Öz adımdan və Azərbaycan xalqı adından, sizin bütün dostlarınız adından, Azərbaycandakı onlarca, bəlkə də yüzlərlə dostunuz adından sizə təşəkkürümü bildirmək, cansağlığı, firavanlıq və gələcək uğurlar arzulamaqla bu mükafatı təqdim etmək istəyirəm"-prezident belə deyib.
Ayxan
Netanyahu: İran hökumətinin devrilməsinə çox yaxınlaşmışıq
İranda manat bahalaşmaqda davam edir
Pakistan müdafiə nazirinin husilərə xəbərdarlığı: Səudiyyə Ərəbistanına hücum birgə müdafiə paktını işə sala bilər
İranın proksi qüvvələri Səudiyyə Ərəbistanına hücuma keçdilər
ABŞ Mahan Air şirkətinə sanksiya tətbiq etdi
KİV: ABŞ-ın İran tankerlərini vurması İranın dünən ABŞ gəmilərini hədəf almasına cavab olub
The Economist: İranın Yaxın Şərqdəki proksi qrupları Tehrandan uzaqlaşır
Qərbi Azərbaycanda tibb işçilərinin əmək haqları ödənilmir
Traktor klubunun sözçüsündən İran Futbol Federasiyasına sərt reaksiya
İranda daha on ərəb həbs edildi
Tehran metrosu sığınacaq kimi istifadə üçün hazırlanır — Şəhər Şurasının sədri
İranda məhbuslar yenidən aclq aksiyasına başlayıblar
İranda elektrik kəsintilər qışda da davam edəcək
Fortune: Hətta Müctəba Xamenei də iqtisadi böhrandan dəhşətə gəlib
Hörmüz boğazında gəmi hərəkəti may ayından bəri ən aşağı səviyyəyə düşüb — Reuters
Kanada Hörmüz boğazının açılması səylərini dəstəkləyir
İranda daha 6 iaşə obyekti möhürləndi
İranda son edam statistikası- 1 ayda...
Kərəcdə 15 nəfər həbs edildi
İranda yeni etiraz aksiyaları başlaya bilər- Media
Reuters: ABŞ ara seçkilərindən sonra İrana qarşı hücumları gücləndirə bilər
Azərbaycanda "Çevik" ləqəbi ilə tanınan sosial media yaradıcısı radikal dindarlar tərəfindən döyülüb
İranda məhbuslar yenidən aclq aksiyası keçiriblər
Sarabda bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək öldü
İsrail HƏMAS-ın daxili təhlükəsizlik rəhbərinin Qəzzə şəhərində saxlanıldığını açıqlayıb
İranda narazı iş adamına ağır cəza verildi
İranda daha bir siyasi məhbus edam məhkum edildi
FT: Rusiya İrana supersonik qanadlı raket texnologiyasının hazırlanmasında gizli yardım göstərib
Dollar 220 min tüməni keçdi; Besent: İrandan uzaq durun
Kərəcdə daha 5 bəhai həbs edildi
Kiyevdən sülh danışıqlarında yeni mərhələ
İranda məktəb ləvazimatı yenidən bahalaşdı
BMT Təhlükəsizlik Şurasının prezidenti: İranlılar hakimiyyətin qərarlarının qurbanıdır
Tramp: ABŞ-ın İran müharibəsi üçün demək olar ki, limitsiz sursatı var
İlham Əliyev: Ermənistanın təqdim etdiyi xəritələr dəqiq deyil
Türk dünyasının ortaq gələcəyi müzakirə olunacaq
Hakabi: İran “son dərəcə zəifləmiş vəziyyətdədir”
İranda rejim dəyişikliyi əlçatandır- Netaniyahu