SON XƏBƏRLƏR

FHN Kahramanmaraşın kəndində çadırlar qurur

2023.02.13, 13:30
FHN Kahramanmaraşın kəndində çadırlar qurur

Gunaz.tv

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağa başlayıb. FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhtçisi Turqay Abbaslı jurnalistlərə açıqlamasında bildirib ki, Doğukənd məhəlləsində zərərçəkmişlər üçün 100 çadırdan ibarət şəhərciyin qurulması prosesi aparılır. 

"Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardım göndərilib. Hazırki vaxta qədər nazirlik tərəfindən 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. 

Avtomobillərin sayı isə 39-dur. Maşınların içərisində müxtəlif ölçülü çadırlar, generatorlardan və digər lazım olan əşyalar var". 

Turqay Abbaslı onu da qeyd edib ki, FHN tərəfindən qardaş Türkiyəyə göndərilən yardımlar davam edəcək. (apa)

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar