SON XƏBƏRLƏR

Ərdoğan Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşüb

2023.02.21, 10:35
Ərdoğan Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşüb

Gunaz.tv

Bu barədə Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Bildirilib ki, Ərdoğan zəlzələ bölgəsində xidmət edən Azərbaycan könüllülərinə təşəkkür edib: "Xoş gəldiniz, xoş gəldiniz. Maşallah. Azərbaycanlı qardaşlarımız".

Azərbaycan könüllüləri də öz növbəsində Prezident Ərdoğana başsağlığı verib.

Qeyd edək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar.

Belə ki, ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan yüz nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib. (report)

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar