SON XƏBƏRLƏR

İsfahanda etiraz aksiyası başladı

2023.04.15, 13:29
İsfahanda etiraz aksiyası başladı

Gunaz.tv

Aprelin 15-i günortaya yaxın minlərlə valideyn məktəblərdə şagirdlərin zəhərlənməsinə görə aksiyaya qoşulub.

Valideynlər İran Səhiyyə və Daxili İşlər Nazirliklərinin zəhərlənmələr bağlı şagirdləri ittiham etməsinə etirazlarını bildiriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl İran daxili işlər nazirinin müavini Məcid Mirəhmədi zəhərlənmələrlə bağlı açıqlamasında hadisənin nadinc və dələduz şagirdlər tərəfindən törədildiyini iddia etmişdi.

Bundan sonra səhiyyə naziri Bəhram Eynullahi də oxşar ifadələr işlədib və hadisənin məktəblilərin "nadicliyi" ucbatından şişirdildiyini deyib.

İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar