SON XƏBƏRLƏR

Oskar mükafatı alan iranlı rejissorun fəaliyyətinə qadağa qoyuldu

2023.04.22, 11:56
Oskar mükafatı alan iranlı rejissorun fəaliyyətinə qadağa qoyuldu

Gunaz.tv

O, mediaya verdiyi açıqlamada bu barədə qeyri-rəsmi olaraq məlumatlı olduğunu, ancaq rəsmi şəkildə ona bildirilmədiyini deyib.

Fərhadi bununla yanaşı ölkədən çıxışına da qadağa qoyulduğu barədə də məlumatlı olduğunu və bunun da hələlik rəsmi şəkildə elan edilmədiyini söyləyib.

Əsgər Fərhadi müxtəlif beynəlxalq uğurlar qazanıb və 2012 və 2017-ci illərdə “Oskar” mükafatı alıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl İranın irşad naziri Mehdi İsmaili etirazçı və etirazçılara dəstək verən sənətçilərin fəaliyyətlərinə qadağa qoyulacağını demişdi.

O, narazı və etirazçı sənətçilərin siyahısının tərtib edildiyini və onlar arasından yalnız əməllərindən peşman olduğunu bildirənlərin fəaliyyətinin bərpasına baxılacağını deyib.

Bundan bir müddət əvvəl İranın Kino Evi yaydığı bəyanatda kütləvi etiiraz aksiyalarına dəstək verən çox sayda nüfuzlu və tanınmış sənətçilərin fəaliyyətinin qadağan edildiyini bildirib.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar