SON XƏBƏRLƏR

9 May Güney Azərbaycan öyrənci günüdür

2023.05.09, 14:45
9 May Güney Azərbaycan öyrənci günüdür

Gunaz.tv

Bu gün əslində 1995-ci il 9 may tarixində baş tutmuş azərbaycanlı öyrəncilərin etiraz aksiyasının xatirəsinə həsr edilib.

Həmin ildə yaz bayramı ərəfəsində İran radio-televiziyası tərəfindən Tehran şəhərində bir anket paylanılıb.

Farslara paylanılan sorğu anketində onlara “türklərlə bir yerdə yaşamaq istəyirsinizmi?”, "türklərlə qohum olarsınızmı?” və başqa irqçi suallar qeyd edilmişdi. Bu isə azərbaycanlıların etirazlarına səbəb olmuşdu.

Xüsusilə Azərbaycan türkləri bu anketin onları təhqir etdiyini düşünüb, ona qarşı reaksiya verdilər. Bu aksiyaların əsas aparıcı qüvvəsi isə azərbaycanlı öyrəncilər idilər.

Bayram tətillərindən sonra universitetlərdə azərbaycanlı öyrəncilər həmin anketi sorğulamağa başlayıblar.

Nəhayət 1995-ci ilin 9 may tarixində Təbriz, Urmu və Tehran Universitetlərindəki azərbaycanlı öyrəncilər etiraz aksiyaları keçiriblər.

Bu 1979-cu il inqilabından sonra öyrəncilər tərəfindən planlaşdırılan və baş tutan ilk genişmiqyaslı aksiya olub.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar