İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
-Türkiyədə prezident seçkiləri ikinci tura qaldı. Bütün seçkilərdə rəqiblərini əzici üstünlüklə keçən Ərdoğan nəyə görə 50+1 səs ala bilmədi?
-Bilirsiniz ki, Türkiyədə prezident və parlament seçkiləri bütün dünyanın diqqət mərkəzində idi. Xüsusilə Qərb Prezident Rəcəb Tayyib Ərdoğanın birinci turda uduzmasını gözləyirdi və bunun üçün əllərindən gələn hər şeyi etmişdilər.

Qlobal maliyyə böhranı türk xalqına sanki yalnız Türkiyədə baş verirmiş kimi göstərilir və bunun fonunda spekulyasiyaya yol açan çıxışlar gündəmi zəbt edirdi.
Qərbdəki maliyyə bronları bütün rıçarqlarını işə salır, süni gərginlik yaradılır və bu gərginliyin bazarlara və birjalara təsiri üçün hər şey edilirdi. Dollar bahalaşır və bütün bunların günahı Ərdoğanın boynuna atılırdı.
ABŞ, Fransa, eyni zamanda qlobal maliyyə təsisatları və onlara bağlı olan güclər, həmçinin FETÖ terror təşkilatı, PKK, onun siyasi qanadı HDP və dünyada bilinən və bilinməyən faiz sisteminə bağlı bütün soyğunçu quldurlar və onlardan qidalanan təşkilatlar Ərdoğanı devirmək üçün hər yola əl atdılar.
Bu səbəbdən də birinci turda Ərdoğanın uduzacağını gözləyirilər.
Seçki günü CHP-nin qərargahını önündə əksəriyyəti xarici olan 700 jurnalistin olması hər şeyi açıq şəkildə ortaya qoyur. Təbii ki, Türkiyədə iqtisadi çətinliklər var və bunu yaradan səbəblər təkcə Türkiyəyə bağlı məsələ deyil.
Bu daha çox qlobal böhranın yaratdığı təsirlər olmaqla yanaşı, eyni zamanda daxildə oynanılan oyunlarla da bağlıdır.
Bu mövzu isə geosiyasi mahiyyət daşıyan proseslərdə sadəcə bir detaldan ibarətdir. Əsas mövzunu kənara qoyaraq bu detalın prioritet olaraq gündəmə daşınması Ərdoğanın reytinqinin maksimum düşürülməsinə hesablanmışdı.
Təbii ki, kütlə analitik düşünə bilməz. Oynanılan oyundan bütöv bir toplumun xəbərdar olması mümkünsüzdür.
Bu səbəbdən də spekulyasiyalar fonunda soğanla belə seçiciyə təsir üçün çalışmağa cəhd etdilər və bura qədər endilər. Amma 49,5 faiz səs onu göstərir ki, Qərbin, həmçinin müxtəlif maliyyə və terror təşkilatlarının dəstəyinə rəğmən əhali əvvəlki dönəmlərdən fərqli olaraq çox şeyi anlayır və öz liderinə sahib çıxır.
Ona görə də Ərdoğanın 49, 5 fazi səs toplaması uğurlu nəticədir və bu o deməkdir ki, seçkinin taleyi həll olunub. Mayın 28-də keçiriləcək seçkinin formal xarakter daşıdığını əminliklə deyə bilərik.
- İri şəhərlərdə AKP-nin və Ərdoğanın səs itirdiyi ortaya çıxdı. Bu daha çox hansı amillərlə bağlıdır? Belə bi fikir var ki, Ərdoğanı İstanbul, İzmir, Ankara kimi iri şəhərlərdə uduzduran sosial problemlər, suriyalı miqrantlar və digər amillər olub…
-İri şəhərlərdə Ərdoğanın uduzması daha çox dediyim amillərə və düşüncə tərzinə bağlıdır. İzmir bəlli məsələdir, İstanbul isə daha çox kosmopolit şəhərdir.
Burada 2 milyondan artıq səslə Kılıcdaroğlu üstün oldu. Ankarada isə səs faizi arasında kəskin fərq yox idi. Bəli, dediyim kimi, sosial problemlər, suriyalı miqrantlarla bağlı qara piar ən yüksək səviyyədə aparıldı.
Sanki Türkiyənin ən böyükl problemi miqrantlarlarla bağlıdır. Təbii ki, sosial problemlərin də təsiri az olmadı. Amma bir sual ortaya çıxır. CHP qalib gəlsəydi bu problemlə həll olunacaq, yoxsa vəziyyət daha da pisləşəcəkdi?
CHP sədri sosial problemləri həll edəcəyi ilə bağlı ortaya proqram qoymur. Daha çox Ərdoğanla düşmənçilik siyasət yürüdür ki, bununla da da əsas səsi HDP-dən almasına nail oldu.
Sosial narazı kəsim isə bu problemin həlli üçün Kılıcdaroğlunun hansı addım atacağına cavab istəyirdi. Amma Kılıcdaroğlu bu sualın cavabını sosial narazı kəsimə verə bilmədi. Ona görə də düşünürəm ki, sosial problemlərin seçkiyə təsiri həlledici səviyyədə deyil.
-İkinci turla bağlı proqnozlarınız necədir? Seçkinin taleyini kim həll edəcək? Azərbaycana yaxın olduğu deyilən Sinan Oğan kimi dəstəkləyəcək? Onun mövqeyi önəmlidirmi?
- Birinci turda cənab Ərdoğanın yenidən prezident seçilməsi üçün cüzi səs faizi lazım idi. Yəni Cümhir İttifaqı 49,5, Millət İttifaqı 44, 88, Ata ittifaqı isə 5, 2 faiz səs topladı. Yəni bu rəqəmlər göstərir ki, seçkiyə gəlməyənlərin və Sinan Oğanın səs faizini 50-50-yə bölsək yenə də Ərdoğan qalibdir.
Digər tərəfdən məsələ necədir? Sinan Oğan konkret olaraq seçiciyə göstəriş verə bilməz ki, Ərdoğana, yaxud Kılıcdaroğluna səs verin. Burada seşki texnoloqlarının işləməsindən də çox şey asılı olacaq.
Amma Sinan Oğanın səsləri narazı MHP-çilərdən, terror təşkilatı ilə əməkdaşlıq etdiyi üçün İyi Partiyadan, Kılıcdaroğlunun yürütdüyü siyasətə etiraz edən CHP-dən və İncənin namizədliyini geri götürməsinə görə, Məmləkət Partiyasından gələnlərdən ibarətdir.
Bu seçicilər də HDP ilə İttifaqda olan Millət İttifaqına səs verməyəcəklər. Oğan da dedi ki, biz, terror təşkilatları ilə qol-qola yürüyənlərlə ittifaqa gedə bilmərik. Belə olduğu halda Ərdoğanın daha böyük fərqlə qalib gələrək prezident seçiləcəyini söyləmək mümkündür.
- Ərdoğan iqtidarı dövründə Türkiyə Cümhuriyyəti Osmanlı siyasətinə döndü, türk müsəlman xalqlarını himayə etdi. Şimali Kiprə, İraq və Suriya türklərinə dəstək verildi. Türkiyənin dəstəyi ilə Azərbaycan gücləndi, Qarabağı azad etdi. AKP iqtidarı növbəti mərhələdə Güney Azərbaycanda milli kimlik hərəkatına dəstək verə bilərmi?
-Biz, türk və islam toplumu olaraq Ərdoğanın liderliyi sayəsində görmək istədiyimiz Türkiyəni gördük. Birinci Qarabağ savaşında Dəmirəl dönəminin Türkiyəsinin NATO və Fransanın qorxusundan mülki vətəndaşları çıxarmaq üçün Azərbaycana bir helikopteri verə bilməyən və qardaşlarını ölümə tərk edən və bunu utancını yaşamaq məcburiyyətində qalan bir Türkiyə var idisə, bu gün 44 günlük Vətən Müharibəsində “üçüncü güclər Azərbaycana müdaxilə edərlərsə, Türkiyə misli ilə qarşılıq verəcək” deməyi bacaran bir Türkiyə var.
Türkiyə bölgədə və dünyada söz sahibidir.
Bu gün Türkiyə ilə Azərbaycan və onların liderləri Türk dünyasına yönəlik siyasətin memarlarıdırlar.
Prezident İlham Əliyev və Ərdğanın sayəsində 3-4 il öncəyə qədər xəyal etdiyimiz yeni geosiyasi reallıqlar artıq reallaşır. Turan ideologiyasının qalibiyyət səslərini bütün dünya eşidir və narahat olur.
Elə bir mərhələyə çatmışıq ki, artıq dünyada bu prosesi durduracaq güc yoxdur. Bu proses növbəti mərhələdə daha da genişlənəcək və Güney Azərbaycanı da əhatə edəcək. Bütövlükdə türk millətinin ideallarını gerçəkləşdirdikləri üçün İlham Əliyev Türkiyədə, Ərdoğan isə Azərbacanda xalq tərəfindən çox sevilir.
Bu sevgi təbiidir və bununla bağlı kimsənin xalqa irad tutma haqqı yoxdur. Biz, Azərbaycan türkləri olaraq, Türkiyədə səs vermirik, yəni seçkiyə təsir etmirik.
Sadəcə Ərdoğana sevgimiz var və bu sevgini CHP-nin, yaxud Ərdoğana qarşı düşüncə sahiblərinin əlmizdən alma, yaxud buna görə bizə irad bildirmə hüququ yoxdur.
Türkiyəli jurnalist Fatih Portağalın “Azərbaycan dostumuz deyil” kimi avantürist ifadələri bizdən daha çox Anadolu türklərini hiddətləndirir.
Bu qərəzli, hikkədən doğan fikirdir və sol CHP zehniyyətidir. Bu gün Azərbaycan Türkiyədə demək olar ki, bir şəhər inşa edir və bunun üçün Preziden İlham Əliyevin göstərişi ilə 100 milyon dollar ayrılıb.
Bundan başqa zəlzələ zamanı Azərbaycan xalqı və dövlətinin qardaşlıq jestini bütün dünya gördü.
Bu cür addımlara “portağalların zəhəri” kölgə sala bilməz. Zəhərli “portağallar” dönəmi artıq bitir.
Mayın 28-dən sonra Kılıcdaroğlunun istefadan başqa çarəsi qalmayacaq, Millət ittifaqı növbəti fiaskodan sonra dağılacaq və CHP-də köklü dəyişikliklər olacaq. Ümid edirik ki, Amerika və FETÖ-dan təlimat alan deyil, Atatürkün ideallarına qayıdan bir CHP görəcəyik.
- Türkiyədə Ana Yasa islahatları gözlənilir Ölkə yenidən parlament üsul-idarəsinə qayıda bilərmi?
-Türkiyənin yenidən parlament üsul idarəsinə qayıtması mümkün deyil. Ərdoğan dəfələrlə deyib ki, bu üsul idarə Türkiyənin inkişafına mane olur.
Məhz ona görə də, bu üsul idarə dəyişdirildi. Bundan sonra Türkiyə daha çevik siyasət yürütməyə, qərarların daha çevik formada qəbuluna nail oldu.
Parlamentdə səs çoxluğu 324 millət vəkili ilə Cumhur İttifaqına məxsusdur. Bu önəmli qələbədir və hökumətin əlini daha da gücləndirir.
Ayxan
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko