SON XƏBƏRLƏR

Quzey Kıbrısda azərbaycanlı rəssamların sərgisi açılıb

2023.05.29, 16:59
Quzey Kıbrısda azərbaycanlı rəssamların sərgisi açılıb

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada, Yaxın Şərq Universiteti Xəstəxanasının sərgi salonunda Kipr Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə azərbaycanlı rəssamların sərgisi açılıb.

Gunaz.tv

Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş sərgidə 54 rəssamın əsərləri nümayiş olunur.

Sərginin açılış mərasimində ŞKTC Prezidenti Ersin Tatar, ŞKTC Məclisinin sədri Zorlu Töre, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və Yaxın Şərq Universitetinin rektoru professor Tamer Şanlıdağ çıxış ediblər.

Ersin Tatar Kipr Müasir İncəsənət Muzeyində Azərbaycan Müstəqillik Gününə həsr olunan sərgidə iştirakdan məmnunluğunu bildirib.

Qeyd edib ki, 50 mindən çox sənət əsərinin, o cümlədə 14 türk icmasına mənsub rəssamların əl işlərinin yer aldığı Kipr Müasir İncəsənət Muzeyi Türk dünyası üzrə bu qədər əsərləri bir araya gətirən yeganə muzeydir.

O, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin xatirəsini rəhmətlə yad etdiyini söyləyib və Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırıb.

Azərbaycanın Türk dünyası üçün əhəmiyyətini vurğulayan Zorlu Töre ölkəmizi digər türk dövlətlərinə açılan qapı kimi dəyərləndirib.

Digər çıxış edənlər də sərginin əhəmiyyətindən danışıblar.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Kipr Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssamların sərgisi iyunun 2-dək davam edəcək.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar