SON XƏBƏRLƏR

İranlı idmançılar Avropadan sığınacaq aldı

2023.06.14, 14:35
İranlı idmançılar Avropadan sığınacaq aldı

İranın taekvando üzrə milli yığmasının üzvü Fatimə Ruhani Almaniyadan sığınacaq alıb.

Gunaz.tv

Axar.az xəbər verir ki, bu barədə İranın Şərq qəzeti məlumat yayıb.

Bununla yanaşı 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında İran karvanının “bayraqdarı” olmuş ilk qadın xizək olimpiyaçısı Mərcan Kəlhor və həyat yoldaşı məşhur xizək ustası Puria Save Şemşəki ilə birlikdə Fransaya sığınıblar.

Qeyd edək ki, bundan öncədə, xüsusilə son illər ərzində müxtəlif idman növlərində medallar qazanan İran milli komandasının üzvləri xarici ölkələrə sığınıblar.

İranlı idmançıların başqa ölkələrə sığınması öncələr hökumətin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olsada, son vaxtlar bu daha çox ölkədə etirazçılara qarşı repressiyaların güclənməsi ilə bağlı olub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar