Azər Həsrət Günaz.TV-yə açıqlamasında bildirib ki, sessiyada illik hesabat təqdim edilib.
“Dünən dünyada insan haqlarının vəziyyəti ilə bağlı ümumi müzakirələr keçirildi. İllik hesabat təqdim edildi.
Orada Azərbaycanla bağlı təqdimatda qısaca fikirlər səsləndirildi. Əsasən Ermənistanla sülh müqaviləsinin bağlanması və Laçın yolunun fəaliyyətinin təmin edilməsi ilə bağlı. Bizi narahat edəcək başqa bir fikir səsləndirilmədi”.
Azər Həsrətin verdiyi məlumata görə, bu gün İranla bağlı ayrıca insan haqların məsələsi müzakirə edilib.
“O tədbirdə də iştirak etdim. Ümumi çıxışları dinlədim, fürsət olduqca özüm də çıxış etdim. Çox təəssüf ki, bu toplantıda Güney Azərbaycanın, İranda yaşayan türklərin adı çəkilmədi.
Çıxışıçılar faktiki olaraq ötən il öldürülmüş Məhsa Əmini üzərində fokuslandılar. Ümumi fikirlər səsləndirdilər.
Ona görə də söz aldım, 2 dədiqəlik çıxışımda bildirdim ki, İran dövləti hələ də Azərbaycan Respublikasının səfirliyinə terror hücumunun təşkilinə hər hansı aydınlıq gətirməyib.
Bu baxımdan bu ölkə təhlükəlidir.
İkincisi, bir müddət öncə azərbaycanlılar yaşayan bölgələrdə zəlzələlər baş verdi.
Lakin İran öz vətəndaşlarına kömək etmədi, insanlar taleyin öhdəsinə buraxıldı. Azərbaycan Respublikasının və Türkiyənin zəlzələdən zərər çəkmiş insanlara yardımına da imkan verilmədi.
Digər tətəfdən də qeyd etdim ki, ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edən azərbaycanlıların 1 dənə də ana dilində məktəbi yopxdur.
Çıxışçılar bu faktını üzərinə gəlməli idilər. Qeyd etdim ki, İran nəinki öz vətəndaşları üçün, ümumiyyətlə dünya düzəni üçün təhlükə təşkil edir.
Bu təhlükənin qarşısını almaq üçün daha effektli tədbirlər görülməlidir. Əlbəttə, bu çıxışım panel iştirakçıları tərəfindən diqqətlə dinlənildi, mehribanlıqla qarşılandı”.
Ayxan