SON XƏBƏRLƏR

Fransada Azərbaycana həsr olunmuş tamaşa nümayiş olunub

2023.06.23, 06:41
Fransada Azərbaycana həsr olunmuş tamaşa nümayiş olunub

Fransada musiqi bayramında Azərbaycana həsr olunmuş musiqili tamaşa göstərilib.

Gunaz.tv

San Jermən an Ley (Saint Germain en Laye) şəhərində "Les arts au diapason" Assosiasiyası və "Duo Alov"un birgə təşkilatçılığı ilə keçirilən "Alov və İpək yurdu" adlı tədbirin ideya müəllifləri azərbaycanlı pianoçu Səidə Zülfüqarova və fransalı skripka ustası Lor Volpatodur.

Tamaşada öz ölkələrində səyahətə çıxan, Aygün və Günayın yolları Şamaxı, Bakı, Şuşa, Şəki, Gəncədən düşür. Qonaqlar virtual şəkildə Azərbaycanın şəhərlərini və təbiətini kəşf edib, Azərbaycanın mədəniyyəti, tarixi və coğrafiyası ilə tanış olublar.

Tamaşada Səidə Zülfüqarova və Lor Volpato Azərbaycan bəstəkarları Əşrəf Abbasov, Oqtay Zülfüqarov, Fərhad Bədəlbəylinin əsərlərini, həmçinin Azərbaycanın xalq mahnılarını ifa ediblər.

Report xəbər verir ki, tamaşa maraqla qarşılanıb, Azərbaycan şəhərlərinin gözəlliyi yüksək qiymətləndirilib.

Lor Volpato qonaqlara Azərbaycan şairlərindən Nizami Gəncəvi və Məhsəti Gəncəvinin şeirlərindən parçalar səsləndirib.

Hekayəni Mari Elen Kissel Bouhey nəql edib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar