SON XƏBƏRLƏR

Firəngiz Əlizadənin musiqisi Liqetinin yubileyində səslənib

2023.07.01, 15:23
Firəngiz Əlizadənin musiqisi Liqetinin yubileyində səslənib

Bu ilin iyununda keçirilən 74-cü “Aldeburgh Festival”ı çərçivəsində macar bəstəkarı Dyerd Ligetinin (György Liget, 1923-2006) anadan olmasının 100 illiyi qeyd edilib. Bu əlamətdar tarix münasibətilə festivalın təşkilat komitəsi ən məşhur müasir bəstəkarlara yeni əsərlər sifariş etmişdir. Əsərlərin premyerası “The Red Hause”-da LİGETİ Quartetin ifasında səslənib.

Gunaz.tv

Benoit Delberq (Fransa), Xiaoyoung Chen (Çin), Manfred Stahnke (Almaniya), Rolf Hind (İngiltərə) kimi bəstəkarların adları sırasında Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin adının olması çox əlamətdardır.

Firəngiz Əlizadə D.Ligetinin yubileyinə yeni əsərini – “Fanfares for Ligeti”ni həsr etmişdir. Yubiley münasibətilə yazılan bütün əsərlər böyük dinləyici auditoriyasına ingilis musiqiçiləri tərəfindən yüksək səviyyədə təqdim edilib. 

Zoom sistemində eləcə də BBC radiostansiyası vasitəsilə konsert zalından birbaşa translyasiya zamanı bu haqda məlumat verilib. Festivalın bukletində bütün müəlliflər haqqında informasiyalar yer alıb. 

Eyni zamanda dünyaşöhrətli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin Darmştat və Berndə D.Ligetinin şəxsiyyəti və musiqisi haqqında düşüncələri öz əksini tapıb.

Qeyd edək ki, görkəmli ingilis bəstəkarı Bendjamin Britten Suffolk qraflığında yerləşən Oldboro şəhərində 1948-ci ildə “Aldeburgh Festival of Music and Arts” təşkil edir. Bu festival sonralar ölkənin həyatında mühüm hadisəyə çevrilir. 

Festivalın konsertlərində dünyanın ən məşhur musiqiçiləri Con Keyc, Dmitri Şostakoviç, Pyer Bulez, Mstislav Rostropoviç və başqaları çıxış etmişlər.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar