SON XƏBƏRLƏR

Məşhur hind aktrisası Bakıya heyran olub: “Burada bütün dünya var”

2023.07.17, 11:00
Məşhur hind aktrisası Bakıya heyran olub: “Burada bütün dünya var”

Azərbaycana gələn tanınmış hind aktrisası, teleaparıcı və rəqqasə Malaika Arora Bakının gözəlliyinə heyran olub.

Gunaz.tv

Bu barədə “İndiaherald.com” xəbər verir.

Qeyd edilir ki, Hindistanın tanınmış aktrisası Malaika Arora Azərbaycanın səs-küylü paytaxtı Bakı şəhərini kəşf etməklə məşğul olduğu üçün həyatının ən yaxşı vaxtını keçirir.

Aktrisa dəbdəbəli küçələri gəzib. Malaika sosial şəbəkə hesabında pərəstişkarlarına səyahəti haqqında danışıb.

“Burada bütün dünya var. Çamadanlarınızı yığın dostlar, getdik. Sevdiyim insanlarla Bakının küçələrində gəzirəm”, - o qeyd edib.

Aktrisa Bakının ayrı-ayrı yerlərindən fotolar da paylaşıb. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar