SON XƏBƏRLƏR

Təbrizdə insanların geyim tərzinə müdaxilə edən İran məmuru öldürülüb

2023.07.17, 10:51
Təbrizdə insanların geyim tərzinə müdaxilə edən İran məmuru öldürülüb

Təbrizdə SEPAH-ın nəzdində olan yarımhərbi Bəsic qüvvələrinin üzvü Əmir Hüseynpur öldürülüb.

Gunaz.tv

Bu barədə SEPAH-ın Şərqi Azərbaycanda yerləşən "Aşura" qərargahı məlumat yayıb.

Hüseynpurun dörd gün öncə xidməti vəzifəsini yerinə yetirərkən bir nəfər tərəfindən döyüldüyü və xəstəxanaya köçürüldükdən sonra iyulun 16-ı axşam saatlarında həlak olduğu bildirilib.

Hücum edənin kimliyi və həbs edilib-edilmədiyi barədə hər hansı açıqlama verilməyib. 

Öldürülən Bəsic üzvünün vətəndaşların geyim tərzləri və şəxsi həyatlarına müdaxilə edən "Rəzəviyyun" patrulunda qulluq etdiyi məlum olub.

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar