SON XƏBƏRLƏR

SEPAH terakta görə İsraili günahlandırdı

2023.08.16, 09:00
SEPAH terakta görə İsraili günahlandırdı

SEPAH-ın Fars əyalətindəki Fəcr qərargahının komandanı Yədulla Buəli avqustun 13-ü Şiraz şəhərində Şah Çıraq ziyarətgahına silahlı hücumda İsrailin əli olduğunu iddia edib.

Gunaz.tv

 

O bu barədə yerli media nümayəndələrinə açıqlamasında deyib.

SEPAH komandanı iddia edib ki, hücumçulardan biri bir neçə ölkədə fəaliyyət göstərən və İsrailə bağlı şəbəkənin üzvüdür.

Yədulla Buəli iddiasının sübutu üçün heç bir fakt təqdim etmədən saxlanılan hücumçulardan birinin üzərindən çox keyfiyyətli silah götürüldüyünü deyib və onun İsrailə bağlı olduğuna şübhə etmədiklərini vurğulayıb.              

Qeyd edək ki, İranın Şiraz şəhərinin Şah Çıraq ziyarətgahında törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb. İŞİD terror təşkilatı ziyarətgaha edilən hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar