SON XƏBƏRLƏR

İran süni intellektdən ümumi düşüncəni yayındırmaq üçün istifadə edir

2023.08.19, 11:12
İran süni intellektdən ümumi düşüncəni yayındırmaq üçün istifadə edir

Amerikanın Kiber Komandanlıq Qərargahı bildirib ki, bəzi ölkələr süni intellektdən “Online informasiyaların skanlanması” vasitəsi ilə “ümumi düşüncəni yayındırmaq” üçün istifadə edirlər.

Gunaz.tv

Royterz qəzeti bu barədə hesabatda süni intelektdən İran, Rusiya və Çin kimi dövlətlərlə əlaqədə olan qrupların vasitəsilə bu tərz istifadə olunduğunu bildirib. 

Hesabatda həmçinin deyilir: “ChatGPT kimi süni intellekt modelləri saxta məzmun törədilməsi üçün istifadə olunur. Lakin həmin 3 ölkənin mənfi istifadələri ilə müqayisədə onun ümumi düşüncəyə yayındırma  təsiri cüzidir.”

Qeyd edək ki, Google-nin aldığı Mandinant Cəmiyyəti 2019-ci ildən başlayaraq süni intellekt vasitəsi ilə istehsal olunmuş məzmun nümunələrini, o cümlədən saxta görüntüləri və şəkilləri aşkarlayıb ifşa etmişdir. 

Həmin məzmunlardan “siyasi motivlərlə” seçkilərdə istifadə üçün istehsal olunduğu bildirilir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar