Xarici KİV nümayəndələri 40 ton un məmulatının Xankəndiyə çatdırılmasına dair son durumla bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Ceyhun Mirzəyevdən açıqlama alıblar.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.
Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.