SON XƏBƏRLƏR

İƏT nümayəndə heyəti Gəncədə ermənilərin raket hücumuna məruz qoyduğu ərazidə olublar

2023.09.04, 10:19
İƏT nümayəndə heyəti Gəncədə ermənilərin raket hücumuna məruz qoyduğu  ərazidə olublar

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) idarə etdiyi nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olub.

Gunaz.tv

Nümayəndə heyəti günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkib.

Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb.  Çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Nümayəndə heyəti  Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər çəkmiş şəxslərlə görüşüb,  onların ifadələri qeydə alınıb.

Xatırladaq ki,  nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistanın dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarını yerində araşdırmaq,  işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatlar toplamaq,  nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim etməkdir. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar