SON XƏBƏRLƏR

Sarsıntı keçirən iranlıların sayı ötən 26 ildə 2 qata yüksəlib

2023.09.05, 12:21
Sarsıntı keçirən  iranlıların sayı ötən 26 ildə 2 qata yüksəlib

“Statistikaya istinadən ötən 26 il ərzində sarsıntı, depressiya halları təxminən iki qat artıb ”. Bunu İranın Psixiatriya Asosiyasıyasının üzvü Əli Naziri açıqlayıb.

Gunaz.tv

“Statistikaya əsasən, Tehran əhalisi sarsıntı keçirmə  üzrə respublikanın əyalətləri sırasında birinci yeri tutur. Gilan və Yəzd əyalətləri əhalisi isə digər  əyaltələrlə müqayisədə daha yaxşi vəziyyətdədir.”-deyə Naziri açıqlayıb.

“İranda bu  pozuntunu yaşayanların  sayı kişilərlə müqayisədə qadınlarda iki qatdır. Sarsıntı əhaval-ruhiyyədə bir növ pozuntuya deyilir. Buna yaxalanan şəxs ardıcıl və tükınməz kədər nəticəsinə boğulur.  

Əhaval-ruhiyyədə pozuntu 2 həftədən artıq sürən vəziyyət zamanı şəxsdə sair kliniki əlamətlərlə yanaşı oluşur. Nəticədə şəxs gündəlik fəaliyyətlərində funksiya pozuntusuna düçar olur.”-deyərək Asosiyasıyasyanın üzvü qeyd edib.

“Hafizə və konsentrasiyada pozuntu, iztirab, tez qıcıqlanma və qəzəblənmə nöqtəsinin enməsi və yaxud tez qəzəblənmə, aqresivlik, davamlı yorğunluq, ləzzətverici fəaliyyətlərə meylin azalması, vicdan əzabı, mənşəyi aydın olmayan fiziki ağrılar, pesimist düşüncə və hətta intihar hissi sarsıntının əlamətləri sırasındadır.

Bu pozuntu yüksək yayılarsa,  cəmiyyəti daha ağır patologiyalara məruz qoya bilər.”-deyə psixiatriya mütəxəssisi sözlərinə əlavə edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar