SON XƏBƏRLƏR

Milli fəal Təbriz həbsxanasına köçürülüb

2023.09.07, 15:09
Milli fəal Təbriz həbsxanasına köçürülüb

Azərbaycan rəqsi müəllimi və mədəni fəal Peyman İbrahimi Dinvər Təhlükəsizlik Nazirliyinin Təbrizdəki təcridxanasından həbsxanaya köçürülüb.

Gunaz.tv

Bu barədə fəalın bacısı Həcər İbrahimi məlumat verib.

O, sentyabrın 10-da fəalın 300 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılacağını deyib.

Qeyd edək ki, təhlükəsizlik məmurları Peyman İbrahimi Dinvəri avqustun 26-da Təbrizdə həbs ediblər.

Saxlanılan zaman onun ağır şəkildə döyüldüyü və bədən xəsarətləri aldığı bildirilib.

Dövlət qurumları fəalın ittihamı barədə açıqlama verimirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar