SON XƏBƏRLƏR

İran anti-terror tədbirlərinin dayandırılmasına münasibət bildirdi

2023.09.21, 11:56
İran anti-terror tədbirlərinin dayandırılmasına münasibət bildirdi

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan Ordusunun anti-terror tədbirlərini dayandırmasına münasibət bildirib və bunu alqışladıını deyib.

Gunaz.tv

O, ermənilərin nümayəndələrini Yevlaxda görüş təklifini qəbul etmələrindən sonra əməliyyatlara ehtiyac qalmadığını deyib.

Kənani İran hökumətinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin taleyindən növbəti dəfə nigəranlığını dilə gətirib.

"İran İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət edilməsini tələb edir. Hesab edir ki, Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi bu çərçivədə təmin olunmalıdır ",- XİN sözçüsü bildirib.

İranın bölgədəki problemlərin həllində rol oynamağa hazır olduğunu deyən Kənani üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsinin yalnız məsələlərin mürəkkəbliyinə gətirib çıxardığını və nəticədə əldə olunan razılaşmaları təhlükə altına saldığını iddia edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar