SON XƏBƏRLƏR

İran parlamenti hicabla bağlı yeni qanun layihəsini qəbul etdi

2023.09.21, 16:43
İran parlamenti hicabla bağlı yeni qanun layihəsini qəbul etdi

İran parlamenti məcburi hicab və geyim qaydalarını pozan qadınlar üçün həbs müddətini və cərimələri artıran qanun layihəsini qəbul edib.

Gunaz.tv

Qadın hüquqlarını məhdudlaşdıran yeni qanuna görə, məcburi hicab və geyim qaydalarını pozan qadın və qızları 10 ilə qədər həbs cəzası gözləyir.

İranın şəriət qaydalarına əsasən indiyədək qızlar başını bağlamalı, uzun və bədənə yapışmayan paltar geyinməli idilər. 

Buna əməl etməyənləri 10 gündən iki aya qədər həbs cəzası və cərimə gözləyirdi.

Qeyd edək ki, qanun layihəsinin qəbulu məcburi hicab qaydalarını pozduğuna görə hökumət məmurları tərəfindən öldürülən Məhsa Əmininin ildönümünə təsadüf edir.

Son bir il ərzində məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən qətlə yetirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar