SON XƏBƏRLƏR

Mədəni fəalın həbs müddəti uzadılıb

2023.09.27, 10:26
Mədəni fəalın həbs müddəti uzadılıb

Təbrizdən olan mədəni fəal və Azərbaycan rəqsi müəllimi Peyman İbrahiminin həbs müddəti uzadılıb.

Gunaz.tv

Fəalın bu barədə məlumat verən  ailə üzvləri onun həbs müddətinin 13 oktyabr tarixinə kimi uzadıldığını bildiriblər.

Onlar qeyd ediblər ki, bir aydır Təbriz təcridxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan sənətçinin girov qarşılığında sərbəst buraxılmasına icazə verilmir. 

Qeyd edək ki, təhlükəsizlik məmurları Peyman İbrahimi Dinvəri avqustun 26-da Təbrizdə həbs ediblər.

Saxlanılan zaman onun ağır şəkildə döyüldüyü və bədən xəsarətləri aldığı bildirilib.

Dövlət qurumları fəalın ittihamı barədə açıqlama verimirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar