SON XƏBƏRLƏR

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib

2023.09.30, 12:48
İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib.

Gunaz.tv

Dövlət başçısı Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətinə toxunaraq, bu tədbirə ev sahibliyi etməsi üçün ölkəmizin seçilməsinə görə minnətdarlığını bildirib. Xeyli sayda qonağın iştirak edəcəyi bu tədbirin Azərbaycan ilə daha yaxından tanış olmaq və gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından önəmli olduğunu qeyd edib. 

Kley Mouri Azərbaycana gəlməkdən məmnunluğunu bildirərək, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.  Azərbaycanın Konqresə hazırlığını yüksək qiymətləndirib. 

Konqresin əhəmiyyətinə toxunan qonaq burada 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakını tədbirə verilən önəmin göstəricisi kimi dəyərləndirib. 

Qeyd edib ki, bu tədbir indiyədək keçirilmiş digər konqreslərlə müqayisədə ibəzi göstəricilərə görə üstündür.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar