SON XƏBƏRLƏR

Azərbaycanla Tacikistan arasında hərbi əməkdaşlıq müzakirə edilib

2023.10.23, 15:49
Azərbaycanla Tacikistan arasında hərbi əməkdaşlıq müzakirə edilib

Oktyabrın 23-də Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Gunaz.tv

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

 Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər barədə danışıb.
Azərbaycana səfərindən məmnunluq ifadə edən Tacikistanın müdafiə naziri isə öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib.
Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyi qeyd olunub.

Ordu quruculuğu istiqamətində, həmçinin hərbi-texniki sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar