SON XƏBƏRLƏR

İran mediasından Mahaçqalada iğtişaşlara dəstək 

2023.10.30, 15:39
İran mediasından Mahaçqalada iğtişaşlara dəstək 

İran rəsmi və yarım rəsmi mediası və İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus sosial media kanalları Dağıstanın paytaxtı Mahaçqala şəhərində baş verən iğtişaşlardan yazıb, hava limanına soxulanları alqışlayıb.

Gunaz.tv

Bu barədə İRNA xəbər agentliyi xüsusi yazı dərc edib.

SEPAH-a bağlı Teleqram kanalları isə iğtişaşçıların dini şüarlar səsləndirərək, hava limanına girmələrini “sionizmə qarşı mübarizə” kimi təqdim edib.

Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar