SON XƏBƏRLƏR

Türkiyə XİN rəhbəri: Avropa İttifaqı Qəzzada atəşkəs istəmir

2023.11.01, 15:36
Türkiyə XİN rəhbəri: Avropa İttifaqı Qəzzada atəşkəs istəmir

Avropa İttifaqı sərgilədiyi mövqe ilə Qəzzada atəşkəsin təmin edilməsini istəmir. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.

Gunaz.tv

O qeyd edib ki, Aİ həmçinin, Qəzzaya humanitar yardımların çatdırılmasına dair də sərt mövqeləri qəbul etmir:

”Onların ABŞ-lə birlikdə tutduqları mövqe, İsrailin onun istədiyi şəkildə hərbi əməliyyatları davam etməsidir.

Bu həm öz cəmiyyətlərində, həm də bölgədə ciddi böhrana yol açır…

Bizim bəzi təkliflərimiz var və dostlarımızla bunları müzakirə edirik. Bu məsələdə daimi həll lazımdır.

İsrail və Qərb bir şeyi qəbul etməlidir ki, fələstinliləri də qane edəcək bir həll olmalıdır. Əks halda, bölgədə zorakılıq artmağa davam edəcək”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar