Aksiyalarda iştirak etdiklərinə görə Güneyli tələbələrə təhsil haqqında şəhadətnamə verilmir

Aksiyalarda iştirak etdiklərinə görə Güneyli tələbələrə təhsil haqqında şəhadətnamə verilmir
Güneyli tələbələrə təhsil haqqında şəhadətnamə verilmir Aksiyalarda iştirak etdiklərinə görə Güney Azərbaycanın ayrı-ayrı universitetlərində, həmçinin digər şəhərlərdəki ali təhsil müəssisələrində oxuyan azərbaycanlı gənclərə təhsil haqqında şəhadətnamənin verilməsi müxtəlif bəhanələrlə yubadılır. Güneydəki mənbələrin məlumatına görə, şəhadətnamələrin verilməsinə səbəb kimi həmin tələbələrin təhsil müddətində bir sıra qanunsuz aksiyalarda iştirak etməsi göstərilir. Qərarın universitetlərdə fəaliyyət göstərən İnzibat Komitələrinin rəyinə əsasən çıxarıldığı bildirilir. Artıq Təbriz Universitetinin 4 tələbəsi-Nadir Məhd Qarabağ, Nahd Babazadə, Səməd Paşayi, Əmin Əmaniyə qarşı belə təzyiqlərin olduğu daxil olan məlumatlar arasındadır. ("OLAYLAR"İA) ---------------------------------------------------------------------------- İlham Əliyev: “Azərbaycan beynəlxalq şirkətlər üçün ən etibarlı tərəfdaşdır” Bu gün Bakıda Xəzəryanı regionun neft və qaz sahəsində ən iri tədbiri olan XV Yubiley Xəzər Neft, Qaz, Neftayırma və Neft-Kimyası (Caspian Oil&Gas) sərgisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə iştirak edən prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan neft-qaz ölkəsidir. Dünyada sənaye üsulu ilə neft ilk dəfə Azərbaycanda çıxarılıb: “Sərginin Azərbaycanda ilk dəfə keçirilməyə başlanılması ölkədə genişmiqyaslı sərmayə qoyuluşuna səbəb olub. Bu sərginin keçirilməyə başlanmasından sonra Azərbaycanda əsrin müqaviləsi imzalanıb. Azərbaycan şirkətləri dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlığı davam etdirir və ölkədə heç bir maliyyə problemi yoxdur. Azərbaycan beynəlxalq şirkətlər üçün ən etibarlı tərəfdaşdır. 14 il ərzində Azərbaycanın beynəlxalq şirkətlərlə işində heç bir mübahisə yaranmayıb. Bu da işgüzarlıq üçün vacib amillərdəndir”. Azərbaycan nefti və qazının ölkənin təhlükəsizliyinə xidmət etdiyini deyən prezident əlavə edib ki, bu təbii sərvətlərdən ölkənin inkişafı üçün istifadə olunur. İlham Əliyev 90-cı illərin əvvəllərində ölkədə neft istehsalının 8-9 milyon ton olduğunu xatırladaraq qeyd edib ki, Azərbaycanda bu il 50 milyon, gələn il isə 60 milyon tondan çox neft hasilatı olacaq. Prezident deyib ki, Azərbaycanda neft və qaz kəmərləri tikilib, Azərbaycan həm iki qonşu ölkəyə qaz ixrac edir, həm də qaza olan daxili tələbatını ödəyir: “Ölkədə qaz hasilatı da artacaq. Azərbaycanda hazırda 3 neft, 4 qaz kəməri var. Bu da neft və qazın ixracına şərait yaradır. Ölkədə enerji təhlükəsizliyi tam təmin olunur. Enerji təhlükəsizliyi həm də milli təhlükəsizlik deməkdir. Xəzər hövzəsi dünyanın enerji bazarı üçün əvəzolunmaz məkandır ki, bu hövzədə Azərbaycanın da xüsusi yeri var. Məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Azərbaycanda neft və qaz sahəsində şəffaflıq tam təmin olunub. Neft gəlirləri insan kapitalına yönəldilib. Son 5 ildə ölkədə 650 mindən çox iş yeri açılıb”.

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN