Aqil Kəngərli:”İran şahının göstərişi ilə 1934 – cü ildə Kəlbalı xan və qardaşı Davud xan Naxçıvanskilər güllələniblər”- Müsahibə

Aqil Kəngərli:”İran şahının göstərişi ilə 1934 – cü ildə Kəlbalı xan və qardaşı Davud xan Naxçıvanskilər güllələniblər”- Müsahibə

GünAz TV Mətbuat Mərkəzinin növbəti müsahibi tarixçı-şair Aqil Kəngərlidir.

 

- Aqil bəy, Azərbaycan hərbi-siyasi tarixində böyük iz qoymuş  Naxçıvanskilər haqda oxucularımıza məlumat verəsiniz. Ümumiyyətlə, bu nəsilin bir nümayəndəsi olaraq, Naxçıvanskilər Azərbaycan xalqı üçün kim olub?

 

- Naxçıvanskilər məşhur Kəngərli türk tayfasının bir hissəsinə çar (tezar) imperiyası dövründə verilən soyaddır. Kəngərli nəsli 6000 illik tarixə malik olub,ilk dəfə adları Şumerlə (sumer) əlaqəli çəkilib. Şumerlərin öz adı Kəngər olub, şumer adını isə onlara akkadlar verib. Kəngərlər mixi yazını yaratmış, ilk arabanı düzəltmiş, Orta Asiyada Kanq dövləti (e.ə IV əsr),Azərbaycan Salarilər dövləti (X əsr),Naxçıvan xanlığı(XVIII əsr) əsasını qoymuşlar. Bu gün Fars körfəsi adlanan ərazi əsrlər boyu Kəngər körfəzi adlanıb. Kəngərlilər haqda tarixdə yazılanlara baxaq:

 

“Onlar (kəngərlər – A.K ) o qədər igiddirlər ki, ölümə sevinclə gedirlər, onların hücumlarına heç bir düşmən tab gətirmir.”(qədim Çin salnaməsi)“Onların (kəngər – peçeneqlərin) hücumu ıldırım çaxması, geri çəkilmələri eyni zamanda həm ağır, həm də yüngül idi... Onlar öz çoxluqları ilə yaz arılarını ötüb keçiblər indiyəcən heç kəs bilməmişdir ki, onların sayı minlərlədir, yoxsa on minlərlə onların miqdarı saysız – hesabsızdır.XI əsr Bizanslı müəllif Feofilakt Bolqarski.“Kəngərlilər döyüşkən , işgüzar , uzun müddət aclığa dözən adamlardılar, hərbçidirlər. Qonaqpərvər , dostluqda möhkəmdirlər. Lakin heç vaxt təhqir və incidilməyə dözmürlər və yaddan çıxarmırlar. Çox məğrur və qürurludurlar.”Viktor Qriqoryev “Naxçıvan əyalətinin statistik (hesablama) təsviri” kitabı (1833)”Döyüşkənliyi ilə bütün Qafqaza məşhur olan Kəngərlilər Zaqafqaziya sakinlərindən geri qalmaq istəmədilər. Onlar ağa və bəylərinin rəhbərliyi ilə xüsusi süvari dəstələri təşkil edib , bütün döyüşlərdə bizim qoşunlarla çiyin-çiyinə vuruşdular” . “Kafkaz” qəzeti 6 noyabr 1890-cı il. “Kəngərli süvariləri bütün Şərqdə cəsurluğu ilə şöhrət qazanmışdılar. Onlar döyüşə girərək ölümə nifrət əlaməti olaraq atlarının boynuna qırmızı kaporlar taxardılar ki, düşmən tərəfindən tez gözə çarpsınlar”.“Qafqaz hərbi-tarix muzeyinin sorğu kitabı (1913)“Birdən uzaqdakı bir bağın arxasından toz qopdu. Bu Kəngərli süvariləri idi ki, türk elləri arasında igidliklərilə məşhur idilər .”Yusif Vəzir Çəmənzəminli “İki ad arasında (1936-1937) əsəri. XVIII əsr hadisələrindən bəhs edir.“1918-1920-ci illərdə Kəngərli nəslinin yetirməsi olan Kəlbalı xanın müdafiə dəstələrinə başçılıq edərək azğın düşmənləri müqəddəs Naxçıvan torpağından qovduğunu xatırlamaq kifayətdir.Heydər Əliyev(“Naxçıvan” qəzeti 7-12 oktyabr 1993-cü il)

 

- General Cəmşid Naxçıvanskı haqda nə deyə bilərsiniz?

 

- Cəmşid xan Naxçıvanski. (1895-1938). Kəngərli nəslinin 5 – ci generalıdır. O, I dünya müharibəsində də, sonralar Qarabağda ermənilərə qarşı da igidlik göstərmişdir. Bir çox titullarla təltif olunmuşdur. ASE (Azərbaycan Sovet Ensklopediyası) də onun haqqında yazılır ki, C. Naxçıvanski 1921 – 1931 – ci illərdə Azərbaycanın ilk milli atıcı birləşməsinin komandiri olmuşdur. 1935 – ci ildə o, Briqada komandiri təyin edilmişdir.Yalan ittihamlarla həbs edilib və güllələnib. Amma, Ş.Nəzirli demişkən , o istintaqda heç bir yalanı boynuna almayıb. Özünün günahsız dostlarını satmayıb, nə xalqının, nə də nüfuzlu nəslinin adını ləkələməyib. Hazırda Cəmşid xan Naxçıvanskinin adına Bakıda hərbi məktəb var .

Cəmşid xandan əvvəl isə Kəngərli nəslindən Ehsan xan,Kəlbalı xan,İsmayıl xan,Hüseyn xan Naxçıvanskilər general rütbəsi daşımışdır.

Onlar haqqında hərb tariximizin yorulmaz tədqiqatçısı Şəmistan Nəzirlinin gözəl araşdırmaları var. Cəmşid xanın qardaşı Kəlbalı xan Araz Türk Respublikasının hərbi naziri, Müsavat partiyasının Naxçıvan üzrə sədri olmuşdur.

O, 400 nəfərlik dəstəsi ilə Şərurda 1919-cu ildə erməniləri darmadağın etmişdir.

Sonralar Kəlbalı xan İrana keçmiş ,o və qardaşı Davud xan İran ordusunda yüksək rütbələr daşımışlar. Lakin digər qardaşı Cəmşid xan Naxçıvanskinin sovet (Şurəvi) ordusunda yüksək vəzifə daşıdığınıı öyrəndikdən sonra İran şahının göstərişi ilə 1934 – cü ildə Kəlbalı xan və qardaşı Davud xan güllələnmişdir.

C. Naxçıvanski 2 3 və 4-cü dərəcəli Anna və 2-ci dərəcəli Stanislav ordeni ilə təltif olunmuşdur. O, 1918-ci il sentyabırın (September) 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Birləşməsi ilə birgə Bakını daşnaklardan təmizləmişdir. Moskvada Frunze adına Ali siyasi Akademiyanı fərqlənmə diplomu ilə 1933-cü bitirmiş və orada 3 il ümumi taktika kafedrasına rəhbərlik etmişdir. Həmçinin ZSFSR (Qafqaz Sovet Cümhuriyyətləri) Mərkəzi İcrayə Komitəsinin üzvü olmuşdur.

 

- Hazırda bu nəsilin üzvlərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlər varmı?

 

- Bu nəslin nümayəndələri bu gün də Azərbaycan ordusu sıralarında ərazilərimizin bütövlüyü uğrunda ön sıralarda olmaqla babalarının şanlı ənənələrini davam etdirilər.

 

Söhbətləşdi: Elnur Eltürk

N.S

Açar Sözlər

Arxiv

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN