BMT Suriyada məktəbə qarşı hava hücumu ilə bağlı təhqiqata çağırıb

BMT Suriyada məktəbə qarşı hava hücumu ilə bağlı təhqiqata çağırıb
GünAz TV: Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Gi Mun Suriyada məktəbə qarşı hava hücumu ilə bağlı təhqiqata çağırıb.

Bu gün həyata keçirilən hücum zamanı əksəriyyəti uşaq olmaqla çox sayda adam həlak olub.

"Qəsdən törədilibsə, bu, müharibə cinayəti hesab ediləcək"-deyə Ban Gi Munun bəyanatında bildirilib.

Britaniyanın sabiq baş naziri Qordon Braun hadisənin müharibə cinayəti kimi araşdırılmasını tələb edib. O, hücumu son iki il ərzində Suriyanın 98 məktəbinə qarşı hücumlardan ən ağırı adlandırıb.

Qırıcı təyyarələr İdlib vilayətindəki kəndə havadan 6 hücum həyata keçirilib. Məktəb kömpleksinə qarşı hücum 6 müəllim və 22 şagirdin ölümünə səbəb olub.

Ağ Evin sözçüsü Con Ernest hücumun Əsəd rejimi və ya Rusiya tərəfindən həyata keçirildiyinin bəlli olmadığını bildirib.

Lakin Rusiyanın Müdafiə Nazirliyi Rusiyanın hadisə və hadisə yerində görünən Rusiya dronunun hücumla əlaqəsi olduğunu inkar edib. (Amerikanın səsi)

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN