Çeçenistanda 9 rus hərbçisi həlak olub

Çeçenistanda 9 rus hərbçisi həlak olub
Çeçenistanda 9 rus hərbçisi həlak olub Müdafiə naziri Anatoli Serdyukov hadisə yerinə komissiya göndərib Çeçenistanın cənubundakı hərbi bazada hərbi sursatın partlaması nəticəsində Rusiya Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 6 hərbçi yaralanıb. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, partlayış iyulun 15-də yerli vaxtla saat 17.15-də Şimali Qafqaz hərbi dairəsinin 42-ci motoatıcı diviziyasının Şali rayonu ərazisindəki 70-ci motoatıcı alayında hərbi sursat tanklardan yük avtomobillərinə yüklənərkən baş verib. Olay yerində 7 hərbçi həlak olub, 2 əsgər isə cərrahiyyə əməliyyatı masasında keçinib. Yaralılardan 4-nün vəziyyəti ağırdır. Şimali Qafqaz hərbi dairəsinin komandanı hadisə yerinə yollanıb. Müdafiə naziri Anatoli Serdyukov isə olayın araşdırılması üçün xüsusi komissiya yaradaraq Çeçenistana göndərib. bizimyol

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN