Çətin dövrün başlanğıcı

2008-07-07 19:13

Çətin dövrün başlanğıcı Türkiyədə baş verən son hadisələr ölkənin siyasi baxımdan son illərdə ən gərgin və zidiyyətli dövr yaşadığını göstərir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması tələbi ilə keçən məhkəmə prosesi, bunun ardınca yüksək rü

Gunaz.tv Quote | Gunaz article

Çətin dövrün başlanğıcı Türkiyədə baş verən son hadisələr ölkənin siyasi baxımdan son illərdə ən gərgin və zidiyyətli dövr yaşadığını göstərir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması tələbi ilə keçən məhkəmə prosesi, bunun ardınca yüksək rütbəli sabiq hərbçilərin həbsi Türkiyədə daxili gərginliyi daha da artırdı. Sanki görünməyən bir əl ölkəni içəridən qarışdırdı və hadisələr hələlik sonu görünməyən istiqamətdə cərəyan edir. İlk növbədə diqqət çəkən fakt - sabiq generalların, jurnalist və ictimaiyyət nümayəndələrinin də daxil olduğu qrupun həbsinin AKP-nin məhkəməsi ilə eyni vaxta təsadüf etməsidir. Baş nazir Rəcəb Tayyib Ərdoğan həbslərlə müşayiət olunan "Ergenekon" əməliyyatının hakimiyyətin sifarişi ilə həyata keçirilmədiyini bəyan edib. O, bu əməliyyatla AKP-nin məhkəmə prosesi arasında hər hansı bağlılığın olması iddialarını qəti şəkildə təkzib edib. Amma maraqlıdır ki, əməliyyatdan cəmi bir neçə gün əvvəl Ərdoğan Silahlı Qüvvələr komandanı general İlkər Başbuğ ilə təkbətək görüş keçirib. Hərçənd Başbuğ da bu haqda açıqlamasında sözügedən əməliyyat barəsində Ərdoğanla danışmadığını bildirib, Baş nazirin ona hər hansı "təlimat" vermədiyini vurğulayıb. Lakin hökumət başçısının ölkə üçün çox mühüm olan məsələ ilə maraqlanmadığı da inandırıcı deyil. Türkiyədə yaşanan problemin görünən tərəfi qatı dünyəvilərlə dindar təbəqənin açıq mübarizəsidir. Məsələ AKP-nin dövlət və təhsil müəssisələrində qadınların baş örtüyünə qoyulmuş qadağanın aradan qaldırması təşəbbüsündən başlasa da, problemin kökü daha dərindədir. İslam təmayüllü partiyanın hakimiyyətə gəlişi ilə Türkiyədə dünyəvi dövlət modelinin təminatçısı olan hərbi strukturlar arasında gizli rəqabət elə ilk günlərdən yarandı. Bir-birindən ehtiyatlanan hər iki tərəf sayıqlığı əldən verməməyə çalışdı. Lakin öz ideologiyalarına sadiq qalan hər iki cinahın gizli mübarizəsi bu ilin əvvələrindən daha aşkar və daha radikal şəkil aldı. Atatürk ideyalarını və müasir dövlət modelini müdafiə edən dünyəvilərlə yenilikçiliyi, guya liberal dəyərləri dəstəklədiyini bəyan edən AKP-dəki islamçı qruplar əllərindəki rıçaqları artıq işə salıblar. Konstitusiyanın, qanunların verdiyi imkanlardan yararlanan dünyəvilər AKP-nin məhkəmə vasitəsilə bağlanması yolunu tutdular və istədiklərinə qismən nail oldular - Konstitusiya Məhkəməsi AKP-nin bağlanması barədə iddianı icraata götürdü, iki məhkəmə iclası keçirildi və artıq məhkəmə qərar çıxarmağa hazırlaşır. Qarşı tərəf isə, bir qrup radikal dünyəvinin "zərərsizləşdirilməsinə" nail oldu, Ərdoğan hakimiyyəti üçün daxildə real təhlükə mənbəyi sayılan hərbçilərin həbs edilməsi, Prokurorluğun rəsmi açıqlamasında iddia olunduğu kimi, "dövlət çevrilişi" cəhdlərinin qarşısını aldı. Bundan sonra, hətta AKP-nin bağlanması qərarı çıxarılarsa belə, müxalif hərbçi qrupların hakimiyyət dəyişikliyi yaratmaq imkanları xeyli məhdudlaşdırıldı. Beləliklə, tərəflər arasında hesab hələlik 1:1- dir. Bundan sonrakı vəziyyət Konstitusiya Məhkəməsinin çıxaracağı qərardan asılı olacaq; AKP bağlanarsa, Ərdoğan yeni partiyasının adını açıqlayacaq. AKP-nin bazasında yeni partiyanın fəaliyətə başlaması o deməkdir ki, bu mübarizə davam edəcək. Dünyəvilər isə, Ərdoğan rejimini çökdürmək üçün artıq başqa konturlar cızmağa üstünlük verəcəklər. Yeni planlar tamam fərqli, gözlənilməz addımlardan ibarət ola bilər. Hələlik, Ərdoğan bütün təzyiq və etirazların qarşısında geri çəkilənə oxşamır, əksinə, onun daha açıq mübarizəyə keçəcəyi gözlənilir ki, bu da ölkədə növbədənkənar seçkilər keçirilməsi zərurətini yarada bilər. Bütün bunlar Türkiyə daxilindəki toqquşmaların zahiri əlamətləridir. Problemin görünməyən tərəfi isə, ölkədə xarici dövlətlərin, müxtəlif dini, siyasi qrupların maraqlarının toqquşmasıdır. Siyasi, iqtisadi, mədəni, geopolitik və coğrafi baxımdan çox mürəkkəb və önəmli mövqedə yerləşən - xristian və müsəlman aləmi, Qərb və Şərq kəsişməsi, Avropa ilə Asiya qitəsi arasında yerləşən Türkiyənin həqiqətən də, balanslı, əlverişli, ağıllı siyasət yürütməsi çox çətindir. Bunun öhdəsindən gələcək, toqquşan bütün maraqları deşifrə edə biləcək siyasi qüvvə türk xalqının inkişafına da nail olacaq. Hələliksə Türkiyə bu çətin dövrün başlanğıc mərhələsini yaşayır. xalqcebhesi
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17