DAK GT-nın təşəbbüsü ilə 21 Azər günü və Gənclər Təşkilatının İdman Departamentinin Türkiyədə keçirilən Beynəlxalq yarışda nailiyyətləri ilə bağlı dəyirmi masa keçirdi

DAK GT-nın təşəbbüsü ilə 21 Azər günü və Gənclər Təşkilatının İdman Departamentinin Türkiyədə keçirilən Beynəlxalq yarışda nailiyyətləri ilə bağlı dəyirmi masa keçirdi
DAK GT-nın təşəbbüsü ilə 21 Azər günü və Gənclər Təşkilatının İdman Departamentinin Türkiyədə keçirilən Beynəlxalq yarışda nailiyyətləri ilə bağlı dəyirmi masa keçirdi Tədbiri giriş sözü ilə DAK Gənclər Təşkilatının sədri Elnur Eltürk açaraq 1945-ci ildə Dekabr ayının 12 –də (21 Azər) Güney Azərbaycanda qurulan Milli Hökumətin yaranmasından və onun bir il ərzində gördüyü işlər haqqında tədbir iştirakçılarına məlumat verərək və bu yaxınlarda DAK Gənclər Təşkilatının İdman Departamentinin sədri Vasif Namazovun rəhbərliyi altında 10 nəfər idmançımız qardaş Türkiyədə keçirilən Beynəlxalq Karate yarışmasında böyük naliyyətlər əldə etməsi haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra Dünya Azərbaycanlıları Konqresinin Fəxri sədri professor Qulamrza Səbri Təbrizi çıxış edərək 40-cı illərdə Güney Azərbaycanda baş verən ictimai-siyasi proseslərin şahidi olduğunu bildirirək və Milli hökumətin bir il ərzində gördüyü işlərin içində ən önəmlisi Azərbaycan türkcəsinin dövlət səviyyəsində qəbul olunması və milli-mədəni proqramları uğurla həyata keçirməsini qeyd edərək, 1946-cı ildə Milli Hökumət devrilərkən Təbrizdə bir gündə 25 min insan qətlə yetirilmişdi. Milli Hökumətin baş prokuroru Firudun İbrahimli edam olunması anı heç vaxt gözlərinin qarşısından getməyəcək. Filologiya elmləri doktoru Sabir Nəbioğlu Güney Azərbaycanın ictimai-siyasi həyatından geniş məruzə edərək və Güney Azərbaycan Milli Hökumətinin bir il ərzində həyata keçirdiyi siyasi-iqtisadi və milli–mədəni islahatları haqqında məlumat verdi. DAK Mətbuat və İnformasiya xidmətinin rəhbəri Əlirza Amanbəyli son vaxtlar Güney Azərbaycanda baş verən Milli Azadlıq Hərakatı haqqında danışaraq və İran hökuməti tərəfindən milli fəalların həbsə məruz qalmalarını qeyd edərək, tədbir iştirakçılarına 21 Azərlə bağlı çəkilmiş sənədli filmi nümayiş etdirdi. DAK Gənclər Təşkilatının İdman Departamentinin sədri Vasif Namazov 21 Azərlə bağlı tədbir iştirakçılarını təbrik edərək, bu yaxınlarda Azərbaycan idmancılarının Türkiyədə keçirilən beynəlxalq yarışda qazandığı nailiyyətlərlə bağlı danışaraq, xüsusilə beş nəfər idmançının birinci yerə çıxmasını qeyd etdi. İdman Departamentinin üzvü Rəşad Məmmədov İran İslam Respublikasının idmançısı üzərində qələbə qazanması haqqında məlumat verdi. DAK NTK üzvü Mehriban Nəsibli idmançılarımızı təbrik etdikdən sonra bu gün gənclərimizin Beynəlxalq yarışlarda qalibiyyətləri gənclərə stimul verir. Beynəlxalq Universitetin tələbəsi Xəyal Turan 21 Azər gününün hər bir Azərbaycan türkünün qəlbində yaşadığını qeyd edərək bu günlə qürur duyduğunu bildirdi. DAK Gənclər Təşkilatının sədr müavini Pərvanə Eltürk 21 Azər gününün yaranma tarixindən danışaraq milli hökumətin ilk dəfə olaraq BMT tərəfindən tanınması üçün məsələ qaldırılsada amma o zaman mövcud olan beynəlxalq dövlətlər Milli Hökumətin tanınmasına imkan verməmişdilər fikrini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sonda tədbir iştirakçıları belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini bildirdilər.dak

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN