Əhməd Obalı: Amerikanın İranda etnik azlıqların haqları məsələsinə diqqəti artırmasını istəyirik - VİDEO

2016-10-29 03:17

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan Güney  azərbaycanlılar prezident seçkilərinin gedişini diqqətlə izləyir. Seçki kampaniyasının mövzularından biri ABŞ və İran arasında 2015-ci ildə əldə edilmiş nü

Gunaz.tv Quote | Gunaz article

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan Güney  azərbaycanlılar prezident seçkilərinin gedişini diqqətlə izləyir. Seçki kampaniyasının mövzularından biri ABŞ və İran arasında 2015-ci ildə əldə edilmiş nüvə razılığı ilə bağlıdır. Razılıq hər iki ölkədə müsbət addım kimi qiymətləndirilsə də, müşahidəçilər bunun İranın daxilində siyasi ab-havaya az təsiri olacağını bildirir. Tehranın xüsusilə də ölkədə etnik azlıqlarla bağlı siyasəti narahatlıq doğuran məsələlərdən biridir. Çikaqoda GünAz televiziyasının təsisçisi Əhməd Obalı “Amerika icmalı” proqramında güney azərbaycanlıların gözləntiləri və ABŞ-ın İranla bağlı siyasətindən danışıb.

Əhməd Obalı bildirib ki, ABŞ və İran arasında nüvə razılaşmasının imzalanmasından sonra Güney Azərbaycanda ölkədə yaranmış yeni siyasi şəraitdə İran hökumətinin daxili problemlərə daha artıq diqqət verə biləcəyi ilə bağlı müəyyən gözləntilər var idi.

 “Amerikada gedən proseslərə də o baxımdan çox diqqət olunur ki, Amerikada gedən proseslər İranın daxilində, özəlliklə də iqtisadi duruma nə qədər təsir edə biləcək, siyasi durumun stabilləşməsinə, insan haqlarının daha az pozulmasına nə qədər təsir edə biləcək. Bu baxımdan daha çox diqqət verilir.”

Əhməd Obalı prezident Obama administrasiyasının yüksək səviyyəli nümayəndələri, o cümlədən prezident administrasiyasının rəhbəri olmuş hazırda Çikaqo şəhərinin meri (şəhrdar) Ram Emanuellə Güney Azərbaycandakı durumla bağlı söhbətlər edib. O, administrasiyanın İranda insan haqlarının pozuntuları və etnik azlıqların durumu ilə bağlı siyasətində son illər əhəmiyyətli dəyişikliklərin olmadığını qeyd edib.

 “Dünyanın hər yerində olduğu kimi, insan haqları məsələsi dövlətlər arasında birinci məsələdir ki, milli mənafe baxımından ikinci, ya da üçüncü, dördüncü mərhələyə qoyulur və Amerikanın da İranla əlaqələrinin bir qədər genişlənməsi və ya buzların bir az əriməsi hansı tərəfdən baxsaq, insan haqlarına o qədər də xeyir yox, bəlkə də bir az da insan haqları məsələsini kölgədə saxlayıb. Prezident Obama hakimiyyəti iş başına gələndən bu yana İranla əlaqələri normallaşdırmaq üçün mümkün qədər İran dövlətini daha az, özəlliklə də bu son illərdə danışırıq, daha az sıxışdırmağa və yaxud daha az tənqid etməyə çalışıb. Bu mənada insan haqları, o cümlədən, etnik məsələlər bir az daha ikinci, üçüncü mərhələyə buraxılıb.”

Əhməd Obalı ABŞ-ın növbəti administrasiyasından gözləntilərindən danışır. “Növbəti administrasiyanın İranla anlaşmanın daha dəqiqliklə icrasına diqqət etməyini arzu edərdik. Güney azərbaycanlılar anlaşmadan sonra İran dövlətinin daxildəki problemlərə daha çox diqqət edəcəyi ümidilə bu anlaşmaya dəstək veriblər. Ümumiyyətlə, İranda yaşayan bütün xalqlar Amerikanın İranla ixtilaflarının və ya ziddiyyətlərin əleyhinə idilər və hələ də əleyhinədirlər. Amma bu dərinləşməni getdikcə yumşaltmaq, ya da azaltmaq o mənada olmamalıdır ki, İranda xalqların hüquqları pozulsun, bütövlükdə pozulsun, özəlliklə də etniklərin. İran cəmiyyətinin böyük əksəriyyəti etniklərdən ibarətdir və etniklərin də hüquqları demək olar ki tamamən pozulmaqda davam edir.

Bu günlər Chicago Magazine jurnalında Əhməd Obalı və onun təsis etdiyi Günaz televiziyasının fəaliyyəti haqda geniş məqalə dərc edilib. Əhməd Obalı Günaz televiziyasının missiyasının dəyişməz olaraq qaldığını deyib. “Biz televiziyanı açdığımız gündən missiyamız çox aydındır və missiyamız da millətin oyanmasından ibarətdir. Biz inanırıq ki, bir televiziya ilə dövlət dəyişikliyi və ya xalqın taleyini yüzdə yüz dəyişdirmək olmaz. Amma televiziya ilə millətin oyanmasında, xalqın öz hququ ilə tanış olmasına və öz hüququnu müdafiə etməsini öyrənməsinə yardımçı olmaq olur.

Bu baxımdan GünAz TV öz fəaliyyətinə davam edəcək. Biz getdikcə şüardan şüura daha çox önəm veririk, yəni şüar verməkdən, populist çıxışlarından daha çox biz çalışırıq ki, millətimiz hüquqlarını olduğu kimi, dünyada qəbul olunduğu kimi öyrənsin və inanırıq ki, millət öz hüququnu öyrənəndən sonra, bildikdən sonra, millət hüququnu müdafiə etməyi öyrəndikdən sonra öz hüququnu bərpa etməkdə əzmi ilə, iradəsi ilə müvəffəq olacaq. Bu ümidlə verilişlərimiz davam edir. Nə qədər bu verilişlərimiz davam edəcək bilmirik. Amma çox çətinliklə verilişlərimizə hələ də davam edirik. Təbii ki həmvətənlərimizin köməyi olmasa, mənəvi, maddi, müxbirliklə bizə yardımları olmasa biz bu işimizə davam edə bilməyəcəyik. Amma ümidimiz budur ki, hələlik davam edək.”

Videonu izləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

http://www.amerikaninsesi.org/a/ahmed-obali-amerika-seckileri/3568994.html

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
Səməd Niknam

2020-06-22

Dinsiz toplum olmamışdır. Din ictimai idealogiyanın və insan kimliyinin tərkib hissəsidir. İnsan mədəniyyəti din üzərində qurulub. İran farslarından fərqli olaraq, İran türklər, özəllilkə Səfəvilər bu mədəniyyətin yaranmasında böyük işlər görmüşdür. İnam hər kəsin şəxsi işidir. Amma din yalnız inamdan ibarət detil. Din insan mədəniyyətini özündə toplayan insani dəyərdir. Biz bu dəyərləri mənimsəməli və gəlişdirməliyik. İran türkləri və Səfəvilər bu mədəniyyətə yiyələndilər və onu yaşatdılar. Biz islam mədəniyyətini mənimiyə bilməsəydik, dövlət qura bilməzdik. Din varsa, mədəniyyət var, mədəniyyət varsa dövlət var. Farslar islamı mənimsiyə bilmədi. Ona görə də, İslamdan sonra dövlətdərin itirdilər. Farslar bu gündə islamı anlamamış və hər şeyi tərsə yozullar. İslamdan sapmışlar. Ona görə də, müsəlman xalq onları qəbul etmir. Türklər İslamı mənimsəmiş bir millətdir. Bütün türk dövlətdəri, istər Səlcuqlular, Osmanlılar, Səfəvilər və Qacarlar İslam mədəniyyəti üzərində qurulub. İslam dininin mahiyyətinə uuğun olaraq, bütün türk dövlətləri layik olmuşdur. Demək istəyirəm ki, İslam zatən layik dindir. Bu günkü İran İslam Cumhurisi də, teokratik dövlət deyil. Bunların islama ayidatı yoxdur.

Post | Gunaz article social
توران

2020-06-21

البته فارسها به تاریخ نداشته اشان میبالند.اون وقت ما تورکها نباید به تاریخ مستند و واقعی امان بنازیم؟

Post | Gunaz article social
A

2020-06-09

لعنت بر اسد و حامیان او

Post | Gunaz article social
سالار

2020-06-08

در جواب به فریده سرهنگی صفویان به خاطر قدرت امپراطوری و به دلیل اینکه زبان ترکی زبان رسمی کل امپراطوری بود مورد تایید ترکان هستش.

Post | Gunaz article social
Cahandar

2020-06-06

Ölün Gücünüz Heykələ Çatar.

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-31

توجه کنیم مازندرانی ها یا بهتر بگم شمالی ها 60درصد پان ایرانیست های معاصر را تشکیل می دهند.حواسمان به این ها باشه این ها از فارس ها بیشتر فارس پرستی یا ایران (ویران) پرستی می کنند این شمالی های پان ایرانیست زهرشان از مامبای سیاه هم غلیظ تر است!

Post | Gunaz article social
Babek

2020-05-30

فرید سرهنگی، چه ربطی به این خبر داشت فرمایش شما؟

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Traxtur klubunun perulu hücumçusu koronavirusa yoluxub

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal koronavirusdan həyatını itirib

2020-07-05

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 487 nəfərə çatıb

2020-07-05

gun az article

Güney azərbaycanlı müğənninin türkcə mahnısına lisenziya verilməyib

2020-07-05

gun az article

Güney Azərbaycanda meşə ağaclarının kəsilməsi davam edir + VİDEO

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal Əmir Səttari zindana geri dönməyəcək

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal Meysəm Colaninin həbs cəzası artırılıb

2020-07-05

gun az article

İran ədliyyəsindən ədalətsiz qərar: tanınmış mədəni fəal Abbas Lisaninin 15 illik həbs cəzası təsdiqlənib

2020-07-05

gun az article

Ruhani: “Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq”

2020-07-04

gun az article

Zəncanda daha 7 nəfər koronavirusdan ölüb, 36 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-07-04

gun az article

Qərbi Azərbaycanın 10 şəhərində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib

2020-07-04

gun az article

Ərdəbil əyalətində 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

2020-07-04

gun az article

Şərqi Azərbaycan valisi: “Koronavirusa yoluxanların 92%-i sağalıb”

2020-07-04

gun az article

GünazTV Juluy.03.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-04

gun az article

GünazTV July.03.2020-QADINCA: Coronavirusla mübarizədə hansı dövlətlər uğur qazana bilər.

2020-07-03

gun az article

GünazTV July.03.2020: Nətənz uranyum zənginləşdirmə qurğusunun bir hissəsində yanğın

2020-07-03

gun az article

Maku şəhərində irqçiliyi əks etdirən Firdovsi heykəli qaldırılıb+ VİDEO

2020-07-03

gun az article

Həmədanda ağır yol qəzası baş verib

2020-07-03

gun az article

Qərbi Azərbaycanda  468 nəfər koronavirusdan ölüb

2020-07-03

gun az article

Urmiya gölündə suyun səviyyəsi düşüb

2020-07-03